25 aprel 1975ci ildə Portuqaliyada ən məşhur “gül” inqilablarından biri- qərənfil inqilabı baş verdi. Gözəl qızın əsgərin üstünə qərənfil atmağımı, yoxsa əhalinin silaha qarşı qərənfil ilə çıxmağı inqilabın belə ad olmasına səbəb olub? Doğurdan mı, bu o qədər də vacibdi?! Təbii ki, yox! Həqiqətən də, dünya tarixində ən unikal hadisələrdən biri baş verdi. Koloniyalara malik ən yaşlı imperiya və ən uzunömürlü Avropa diktaturası demək olar ki, qan tökülmədən devrildi. Qərənfil inqilabı nəticəsində cəmi 4 nəfər dünyasını dəyişmişdi. Çilidəki qanlı hadisələr, Vyetnamdakı müharibələrin fonunda bu qədər qurban gözə belə dəymirdi.
Portuqallar yorulmuşdu. Nə vaxtsa nəhəng olan dövlət, indi səfalət içində idi. Salazarın miras qoyduğu diktatura rejimi hər şeydən və hər yerdən geri qalırdı. 70ci illərdə Portuqaliya bütün sənaye məhsullarını demək olar ki, idxal edirdi. Kaloniyalar daima mərkəzi hökümətə qarşı çıxır, borclar Portuqaliyanı bürüyürdü, iqtisadiyyat çökürdü. Əhali çıxılmaz vəziyyətdi idi. Ordu Afrika kaloniyalarındakı müharibələrdə iştirak edib, orada dünyasını dəyişmək istəmirdi. Hökümət artıq çoxdan qocalmışdı, hər kəsin məcburiyyət qarşısında olan ölkədə yaşamaq mümkün olmurdu.
İnqilab ənənəvi yolnan baş verdi. Hərbiçilər gizlin danışıqlar apararaq, əməliyyat nəticəsində inqilab edirlər. Sonra isə həqiqətən də, yeniliyin başlanğıcı qoyulur. Əhali hakimiyyətə gələnləri güllə qarşılamağa başladı. Hərbi inqilablar zamanı görməyə öyrəşdiyimiz diktator yox, totalitar rejim yox, əhalinin sıxışdırılması yox, əksinə, ilk azad seçkilər, keçmiş müstəmlikələrin azad edilməsi, Avropaya inteqrasiya baş verdi. Hər kəs yazıb-oxumağı öyrəndi, öz əsl inqilab tarixlərini oxuya bildi. İndi 25 aprel tarixində Portuqaliya əhalisi küçələrə axışaraq bayram keçirir. Bu bayramda oxumaq, oynamaq, sevinmək lazımdı.
Düzdü, hal-hazırda Portuqaliyanın iqtisadi vəziyyəti bir o qədər də yaxşı deyil. Amma əsas məsələ bu deyil. Portuqaliya qansız, itkisiz, silahsız inqilab etdi. Totalitar rejimi azadlıqla əvəzlədi.