Beynəlxalq Tanqo Günü

Beynəlxalq Tanqo Günü

Dekabrın 11-i argentinalı məşhur müğənni və kino aktyoru, «Tanqo kralı» Karlos Qardelyanın ad günündə Beynəlxalq Tanqo Günü (International Day of Tango) qeyd olunur. Bu, fəlsəfəsi daimi mübarəyə əsaslanan rəqsin bayramıdır.
Tanqoda həyat bütün çalarları ilə təcəssüm edir, onun mərkəzində isə Qadın və Kişi dayanırlar. Onların qarşılıqlı münasibətləri, ehtiras, konflikt, güzəştləri, qısqanclıq və nifrəti — insan həyatının əsasını təşkil edən hisslərdir.

Tanqonun yaranması haqqında bir neçə versiya mövcuddur. Onlardan ən yayılmışı — rəqsin əvvəldən Buenos-Aytesin 19-20-ci yüzilliklərin kəsişməsində eyni zamanda bir neçə mədəni cərəyanın — kuba habanerasının, afrikan kandombasının, argentina milonqasının, ispan flamenkosu və bir neçə başqa avropa rəqslərinin birləşməsindən yaranmasıdır. Argentinada rəqsin kasıb məhəllələrin və immiqrantların rəqsi sayılsa da, lirik və ehtiraslı tanqo qısa bir zamanda bütün ölkədə səslənməyə başlayır.

Yeri gəlmişkən, «tanqo» sözü rəqsin özündən əvvəl yaranmışdı. Mənası isə Kanar adalarından birində «zəncilərin rəqs etmək və təbil çalmaq üçün toplanması»  idi. Bu təbillər həmçinin, «tanqo» adlanırdı.
Tanqonun bir neçə növü mövcuddur: «milongero» (argentina tanqosuna ən yaxın növdür), salon tanqosu (tərəf müqabilləri arasında məsafə çox olması müxtəlif paların istifadəsinə imkan yaradır), «Liso» və ya sadə tanqo (improvizasiya və mürəkkəb hərəkətlərilə seçilmir), «Nuevo» və ya yeni tanqo ( çoxsaylı maraqlı və mürəkkəb elementlərlə zəngin) və tanqo «fantaziya» (yarışmalar və teatral çıxışlar üçün xüsusi hazırlanmış rəqs). 

Hazırladı: Sabina Guliyeva
Top