Wi-Fi-dan istifadə edənlər bunu mutləq bilməlidir.

Wi-Fi-dan istifadə edənlər bunu mutləq bilməlidir.


Yorğunçuluq, arterial təzyiqin artması, yuxusuzluq...
ABŞ-ın Kaliforniya ştatında yaşayan tədqiqatçılar qrupunun keçirdiyi sınaqlar nəticəsində məlum olub ki, Wi-Fi texnologiyası insan orqanizminə, həmçinin bitkilərə mənfi təsir göstərir.
Bizimyol.info ICTnews-a istinadən bildirir ki, mütəxəssislər uzun müddət təxminən 500 ailənin sağlamlıq vəziyyətini monitorinq edib, onların evində Wi-Fi router quraşdırılıb.
Məlum olub ki, zaman keçdikcə insanlar yorğunçuluq, arterial təzyiqin artması, yuxusuzluqdan şikayət etməyə başlayıb.
Bitkilərin isə solmuş, intensiv inkişafı və çiçəklənməsi dayanıb. Maraqlıdır ki, kaktusa heç bir zərər dəyməyib.
Alimlər tədqiqatın nəticəsindən olduqca razıdır və bu məsələni daha ətraflı araşdırmaq niyyətindədirlər.

 

 

Mənbə: http://bizimyol.info

Top