Bu barədə istifadəçilərə email-lə yeni müqavilə göndərməklə xəbərdarlıq edilir.
"YouTube"-da videoları izləyərkən müəyyən reklamlar çıxır. Bu reklamları keçmək üçün 5 saniyəgözləmək lazım olur.
"YouTube" bu reklamlardan qurtulmaq istəyən üzvlər üçün pullu abunəlik sistemini işə salmağı planlaşdırır. Bununla ilbəil artan reklam gəlirləri ilə yanaşı, yeni gəlir mənbəyi əldə ediləcək.
Aylıq və illik abunə haqları ödəyən «Premium» üzvlər reklamlardan azad olacaq və musiqi yönlü «Music Key» xidmətindən də yararlana biləcəklər.
Bunun üçün sistem işə salınan zaman "Creator Studio Dashboard«dan qaydaları yeniləmək lazımdır.
Bir çox ekspertlər hesab edirlər ki, YouTube bəzi videoları, sadəcə, abunə haqqı ödəyənlərə təqdim edəcək.
Yeni sistemin ilin sonunadək işə düşəcəyi gözlənilir.
Mənbə: http://news.atv.az