BABƏK QALASI – QARTAL YUVASI

BABƏK QALASI – QARTAL YUVASI

  

  Babək qalası-Azərbaycan türklərinin min il bundan öncə yaratdığı azadlıq və istiqlaliyyət qalasıdır. Ulu türkün əskidən bəri tapındığı yurd yeri, tarixlər yadigarı, başı buludlara dəyən xürrəmilər məbədidir. Hər il Güneyli soydaşlarımız qədim qalanın ziyarətinə kütləvi xalq yürüşü keçirir, öz alp-ərənlik tarixini xatırlayır, əfsanəvi qəhrəman Babəki yada salıb tarixi bahadırlıq ənənələrini yaşadır. Bir millətin öz din-imanına, milli ənənə və mənəvi dəyərlərinə tapınması onun kamillik zirvəsi, özünü dərk edib dəyərləndirməsi deməkdir. Bu yolu tutan hər hansı bir xalqm kölə-qul həyatını yaşaması, yad təsirlərə düşüb əriməsi, tarix səhnəsindən silinib getməsi ağlasığmaz bir işdir. Özünə tapman bir millətin öz yaralarmı başa düşüb nəticə çıxarması, yüksək bir iradə nümayiş etdirməsi, meydana birgə çıxmaq imkanlarım dərk etməsi yeni bir amal və dünyabaxışın başlanğıcıdır.

  Bir millətin özünə, öz tarixinə, öz iman və məsləkinə tapınması onun yetginliyi, öz gücünə güvənib kamala çatması deməkdir. Öz milli dəyərlərini, maraq və ideyalarını yüksək tutub qiymətləndirməyi bir zərurət kimi başa düşən bir xalqın gözəllik ve əsarətdən qurtularaq yeni bir həyat qurması, milli dövlətini qurub öz bayrağı altında yaşaması gerçəkliyə çevrilir. Milli zülm və əsarət altında inləyən Güneyli bacı-qardaşlarımıza tarix bu gün yeni və əvəzsiz bir şans verib və onları Azərbaycanın yaralarına əlac etmək üçün birgə yürüş və təşəbbüslərə səsləməkdədir.

  Güneyli soydaşlarımızın Bəzz qalasına yürüşü-qırx milyonluq bir xalqın azadlıq və istiqlaliyyət yürüşü, oyanan düşüncə və zəkasının bütün dünyaya səs salan əks-sədasıdır. Bir millətin özünə dönüşü, qulnökərçilik həyatı və psixologiyasına qarşı etiraz səsidir. Min il özgələrə ağlayan, yadlara səcdə və pərəstiş edən, Iran adlı ölkəni öz yenilməz hünəri və şücaəti ilə qoruyub saxlayan bir xalqın özünə qayıdışı, milli duyğu və düşüncələrinin ifadəsidir. Min il yadların qəbri başında ağlayıb göz yaşı tökən bir xalqın bu gün öz mərdlik, igidlik rəmzi olan Babəkin unudulmuş, yiyəsiz yurdunu anmasıdır; Babək və xürrəmilərlə ideya birliyi və həmrəyliyinin, doğmalıq və qardaşlığının təcəssümüdür. Zülm və zalıma qarşı ölüm-dirim döyüşünə girən Babəkin qeyrət andı, vətən və xalq amalı uğrunda döyüşlərə atılması bu gün də onun varisləri üçün ilham və örnək mənbəyidir.

  Özünə qayıdan, özünə tapınan türk ikiqat güclüdür, ucalardan ucadır, əzəmətli, məğrur və yenilməzdir. Bu günün gerçək durumu göstərir ki, türk özünə, öz taleyinə gün ağlayır. Babək qalasına yürüşü ilə 58 yeni müstəqil və demokrat bir dövlət qurmaq, müstəqil Güney Azərbaycan Demokratik Respublikası ideyasmı gerçəkləşdirmək əzmindədir. Babək qalasına yüksələn xalq milli oyanış və intibahının zirvələrinə yüksəlməkdədir. Babək qalasından yüksəlib, göylərə ucalan bir millətin məğrur hayqırtı və nərəsi əsrlər boyu yuxuya dalıb yatmış ürəklərə od salacaq, soydaşlarımızı hərəkət və fəaliyyətə səsləyəcək, milli şüur və düşüncələrə qol-qanad verəcək. Birgə fəaliyyət və milli mütəşəkkillik amili, onun azadlıq və istiqlaliyyət bayrağı göylərə yüksəldiləcək.

  Babək qalası-hünər zirvəsi, milli döyüş və mücadilələrin beşiyi kimi xalqımızı hərəkət və fəaiiyyətə, əzmkarlıq və himmət göstərməyə səsləyir. Bu yürüşdə insanları dağların zirvəsinə yüksəlməyə vadar edən xalq və vətən namusudur, milli borc və heysiyyətdir. Bu milli yürüş təsdiq edir ki, Güneyli soydaşlarımızın düşüncə və inamı, arzu və istəyi Günəş kimi işıq saçaraq öz milli məzmun və dəyəri ilə seçilir.Ümummilli, ümumAzərbaycan yürüşü xalqın öz doğma arzu və istəyindən, milli maraq yə mənafeyindən doğub ərsəyə gəlib. İstiqlal yürüşü ana vətənə, doğma yurda bəslənən sonsuz bir sevginin dil açıb parlamasıdır, milli istək və diləklərin vətən göylərində Günəş kimi işıq saçmasıdır.

  Qartal yuvasına sığınmaq-ana vətənə sığınmaq təcrübəsi kimi mənalı və ibrətamizdir. Onun məntiqi-fəlsəfi mənası, siyasi-milli mahiyyəti çox dərin, ümidverici və dəyərlidir. Bəzz qalasının timsalında xalq özünün daşlaşmış və yadlaşmış tarixini axtararaq, gələcəyini soraqlayır, mənəvi-milli qida qaynağını taparaq gələcək taleyini düşünür.

  İşğalçı, qaniçən düşmənlə barışmayan müdrik, ərdəmli babamız Babəkin şanlı yurduna dönüş-onun tarixini yenidən yaşatmaq ənənəsinin rəmzidir. Gerçəkdən də, bu xalq yürüşü xalqın özü kimi əzəmətli və qarşısıalınmaz bir hərəkatdır, xalq birliyi və gücünün, xalq iradəsi və ruhunun düşmənə göz dağıdır. Mənəvi-milli ehtiyac geniş ictimaiyyəti dağların zirvəsinə qalxıb düşünməyə, ucalıq və doğmalıq rəmzi olan zirvələrdə, düşmən gözündən uzaq guşələrdə düşünüb-daşınmağa gətirib çıxarıb. Tarixlər şahidi Babək qalasına yürüş ucalıq, yenilməzlik və oyanış rəmzi olduğuna görə, məhz burada milli həqiqətlər çözələnib üzə çıxacaq, zirvələrdən zirvələrə səslənəcək, ənginliklərdə qanad çalacaq, Dərbənddən Həmədana qədər yayılaraq milli səfərbərliyə, milli həmrəyliyə təkan verəcək. Ayağa qalx ulu türk, üzünü göstər, şanlı tarixinə yeni-yeni səhifələr yaz, azadlıq və istiqlaliyyət dastanlarını yarat, dünya qarşısında öz qadir gücünü göstər. Babək qalası səni duyub düşünməyə, torpağına sahib çıxmağa, dərdlərinə nicat tapmağa, öz 59 həyatını yaşamağa çağırır. Türkün alçaldılmış, təzyiq və təhqirlərə uğrayan mənlik və şərəfini uca tutmağı müqəddəs milli borc və vəzifə kimi qarşına qoymaqdadır. Artıq milli mənafe və maraqlar uğrunda bu mübarizə ümumxalq xarakteri daşıyaraq, milyonlarla insanın arzu və istəyinə çevrilir.

  Babək qalasına yürüş adi bir gəzinti, tənəzzöh və əyləncə deyil. Bu yürüş çoxdan gözlənilən, illərlə həsrətini çəkdiyimiz siyasi-milli bir yürüşdür. Heç bir zülm və əsarətlə barışmayan bir millətin haqqa qovuşması, hürr və azadlıq himni, etiraz və üsyan nərəsidir. Qartal yuvası gizli qalmış milli düşüncələrin ilham qaynağı kimi hamını cəzb edərək ovsunlayır, azadlıq məbədi kimi yeni-yeni yürüşlərə dəvətdir. Milli duyğu və düşüncələrin Babək qalasında çiçəklənib qanad çalaraq, lal dağ-dərələrdə əks-səda verməsi, qranit daşlara belə təsirsiz qalmaması Güney Azərbaycanın müstəqillik və azadlığının şanlı tarixidir. Min il gözlədiyimiz, arzu və intizarında olduğumuz Babək ruhuna qovuşma- ğımız, Babəklə birgə döyüşlərə, əqidə və məslək mübarizəsinə başlamağımızdır. Ibrət güzgüsü olan Babək tarixi — çağdaş vətənimizin ibrət güzgüsüdür, bu güzgüdən min il ərzində yadlaşmağımızın, milli inam və ruhumuza tapınmamağımızın fəlakət və müsibətləri aydın görünməkdədir.

  Ən önəmlisi odur ki, Güneyli türkü bu gün öz yaralı yurduna sahib çıxmaq, onun halına yanmaq iradəsini nümayiş etdirməklə milli varlığını təsdiqləyir, demokratik, mütərəqqi dünya ictimaiyyətini özünə cəlb edir. Bu milli duyğu və düşüncələrin məhz Babək qalasından bir ildırım kimi çaxması, göy gurultusu kimi əks-səda doğurması tarixi düşmənlərimizin canına od salır. Bu gün Güney Azərbaycanın başını artıq dini xülyalarla, cəhalət və fanatizmlə idarə edib məşğul etmək, milli dəyərlərdən ayrı salıb mənən sarsıtmaq, milli müqavimət gücünü zəiflətmək İran rejimi oxunun daşa dəyib qırılmasıdır. Güney Azərbaycanın ayağa qalxıb cismən və mənən Babək qalası və Babək həqiqətinə yüksəlib hərəkətə gəlməsi, özünə tapınıb milli yürüşə könül verməsi, axtardığı həqiqətləri Babək yurdunda tapıb kəşf etməsi, dağların ən uca zirvəsindən xaraba qalmış ölkəsinə nəzər salıb Babəkin qeyrət qılıncını əlinə alması sözün böyük və yeni mənasında məmləkətimizin şanlı bir tarixinin təkrarolunmaz bir salnaməsidir.

  Böyük yürüş hərəkatı göstərir ki, Güneyli soydaşlarımızın ruhu, iradəsi sarsılmazdır, onun min illik inam və əqidəsini pozub dəyişdirmək, məhv edib sarsıtmaq qeyri-mümkündür. Sağlam düşüncə olan yerdə millət də mənən sağlam və məğlubedilməzdir. Azərbaycan türkünün sağlam, dəyişməz, sarsılmaz, türkçülük inam və düşüncəsi onun ümid qapısıdır. 60 Bu qapını açan hər bir soydaşımız xalqımızın ən mərd, igid oğuludur, öz ana vətəninin acıdan acı durumunu, məşəqqətli taleyini, iki yüz ildir ki, qan verən yaralarını, ağır dərdini qəlbən duyub yaşayan vətənpərvərləridir.

  Təbiidir ki, Azərbaycan türkü qadir Allaha sığınaraq müqəddəs dinimizə tapınmağı heç zaman unutmayıb. Quranda deyilir ki, Allah hər milləti öz dinində, rəngində, qövmində yaratmışdır. Ancaq müqəddəs dinimizin adı altında, mənəvi-siyasi təxribat aparmaq, dinimizi siyasiləşdirmək və ondan sui-istifadə etmək dinimizə xəyanətdir. Düşmən öz millətinə öz milli ideallarına tapınmağı təbliğ edir, türkü isə xurafata sürükləyir, onun milli mənliyi və heysiyyətini öldürməyi dönmədən onun taleyinə yazır. Hətta bu yolda müqəddəs Quranımızda əksini tapan Allah kəlamına belə önəm vermir. Dünyada böyük dillərə, qövm və tayfalara, xalq və millətlərə, onların dilinə qayğı və diqqət göstərmək Allahın öz buyruğudur. Əks halda, başqa cür hərəkət etmək, Allah əmrindən çıxmaq, Allah iradəsinə qarşı çıxmaq deməkdir. Və burada Quranın buyurduğu «müsəlman qardaşlığı» kəlamını da sözdə yox, əməldə uca tutmaq hər bir müsəlmanın başlıca dini borcudur. Babək qalasına sığınmağı müqəddəs dinimizə qarşı çıxmaq kimi yozmaq və antitəbliğatlar milli tarixlərə, xalqların azadlıq hərəkatlarına qara yaxmaqdan başqa bir şey deyil. Babək və xürrəmilər ilk öncə din adı altında istilaçılıq siyasəti aparan Abbasilərə qarşı ümumxalq etirazı kimi daha çox səciyyəvidir. Bu gün Babək döyüşçüləri kimi zülm və əsarətə qarşı mübarizə əzmində bulunan soydaşlarımıza, çağdaş Güneyli hərəkatına qarşı fitva verilməsi panfarsizmin çürük, iyrənc təzahürüdür. Molla rejiminin əmmaməli ideoloqu mürtəce panfarsizmə yox, Allahın yaratdığı bəndələrin milli hüquqlarına əsaslanmalı, ona xidmət göstərməlidir. İran mollasının özü kimi fitvası da saxtadır, onun bu fitvası dinimizlə, müqəddəs Quranımızın gözəl insanpərvərlik ruhu ilə bir araya sığmır. Din xadiminin müqəddəs dinimizə tapınmaması, ona xidmət etməyib, mürtəce rejimə sitayiş etməsi dindən məkrli şəkildə sui-istifadə etməyin ən iyrənc və mürtəce bir formasıdır.

  Fitva verən yalançı molla bilməlidir ki, Babək qalasına yürüş təsadüfi deyil, tarixi zərurətdən doğub. Bu gün İranda qırx milyonluq bir xalqın milli hüquqlarının tapdalanması, milli və mənəvi sərvətlərinin amansız və allahsızcasına qarət edilməsi Babək qalasına milli yürüşlə nəticələnmişdir. Əmmaməli din xadimi bir millətin Babək qalasına yürüşünü yox, onun cəhənnəm yürüşünü daha uca tutur və bunu Allah buyruğu kimi mənalandırır. Molla rejiminin 61 siyasi dəllalları bilməmiş olmaz ki, bir millətin təbiətin azad qoynuna Məcnun kimi sığınması, öz mənəvi sərbəstlik və azadlığını dağlarda axtarması, Babək ruhunu köməyə çağırması, ona tapınması çağdaş rejimə etiraz və kükrəyib çağlayan nifrətin əlamətidir. Bu yürüş molla rejimi əsarətində inləyən, ruhu əzilən, balaları öz ana dilinə, öz ana məktəbinə, doğma ədəbiyyat və mədəniyyətinə həsrət qalan bir millətin uca dağlarda səslənən manifestidir. Tarixi qəhrəmanlarını yenidən canlandırıb ondan ilham alan yaralı və nakam bir millətin onu bu hala salan molla rejiminə qarşı nalə və nifrinidir. Qırx milyonluq bir xalqı elə bir günə salmısız ki, bu xalq öz ev-eşiyini tərk edib çöllərə düşür, hətta yaşamaqdan belə imtina etməkdədir. Minlərlə oğul-qızı yad qapılarında alçaldılaraq vətən həsrəti ilə ömrü başa vurur.

  Fars rejimi öz evinə, öz yurduna, öz pir və ocağına tanınmağı da qadağan etməkdədir. Çünki fars nəinki onun dilində yazmağı, hətta ona sitayişi də din adı altında qanuniləşdirməkdə və zor ilə həyata keçirməkdədir. Dünya tarixində heç bir xalq bu qədər amansız zülm və sitəmə məruz qalmamışdır. Təsəvvür edin ki, Güneyli türkün öz ata-babalarının adını dilinə gətirməsi, onları xatırlaması biryana, qəbirlərini, yurd yerlərini, tarixi abidələrini ziyarət etməsi belə yolverilməz bir hərəkət sayılır. Rejim hökmünə görə, türk ancaq farsın babalarının qəbrini ziyarət etməli, ondan imdad diləməlidir. Türkün öz yurdunda tarixi yerlərini ziyarət etməsi panitürkizm, fars qəbirləri qarşısında göz yaşı töküb ağlaması isə vətənpərvərlik, dini təəssübkeşlik nümunəsi kimi qələmə verilir. Hətta rejim ideoloqları Babək hərəkatında belə pantürkizm təzahürləri axtarıb tapmaqdadır.

  Hər il dünya erməniləri Güney Azərbaycanda olan Qara kilsənin ziyarətinə müxtəlif ölkələrdən axın-axın gəlir. Bu kilsə İran rejiminin köməyi ilə yüksək səviyyədə təmir edilib və dövlət tərəfindən də qorunmaqdadır. Ermənilər də Güney Azərbaycana kilsəni ziyarət etmək bəhanəsi ilə gələrək, uzaq niyyətləri üçün bu gündən zəmin hazırlayır. Qara kilsə ermənilərin qara niyyətlərinin rəmzinə çevrilib.

  Erməniyə süd qardaşı kimi baxan fars rejimi soydaşlarımızı hətta erməni qarşısında alçaldır. Babək qalasını ziyarət etmək yasaq, Qara kilsəni ziyarət etmək isə savab sayılır. Bir millətə qarşı bu həqarətli münasibət nə qədər dəhşətli və dözülməzdir?! Təbrizdə də kilsələr fəaliyyət göstərir, habelə başqa məscidlər də işləyir, ancaq möhtəşəm memarlıq abidəsi Göy Məscidin qapıları bağlıdır, Ərk qalasından bircə divar qalıb, başqa tarixi abidələr yiyəsizlikdən xarabaya çevrilib. 62 İldə bircə dəfə Babək qalasına üz tutan soydaşlarımıza qarşı təqib və təzyiqlər nə qədər qüvvətli olsa da, demokratik dünya buna qarşı laqeyd deyil. Bir xalqın ağlasığmaz şəkildə alçaldılıb əridilməsi, qul-kölə halına salınması, milli soy kökündən zülm ilə ayrı salınması, torpaqlarımızı qarı düşmənlə bölüb işğal etməsi Babək qalasında anılacaq, sanılacaq.

  Bu gün İran rejimi türkün fərəh və sevincinə qənim kəsilib. Doğma türk-tərəkəmə musiqisinin toy-düyünlərdə səslənməsinə qadağa qoyub. Hətta Babək qalasına yol alan aşıq, sənətçi və xanəndələrin qarşısını almaqda, Əzrayıl kimi yolunu kəsməkdədir. Qalada hər cür musiqi və nəğmənin səslənməsi yasaq sayılır. Çünki rejim türk muqisini türkçülüyün qüvvətlənməsinə təkan verən amil sayır, xalqı zor-güc ilə öz milli dəyərlərindən ayrı salır. Ancaq rejim dəllalları anlamır ki, türkün milli mənəvi dəyərləri onun ruhunda, qəlbində yaşayır, bu ovqat ana südü və laylası ilə onun variığına hopmuş və türkün özü kimi ölməzdir. Yersiz deyil ki, yürüş iştirakçıları ozan-aşıq şərqi və şerini oxuya-oxuya dağlara qalxır, hər addımbaşı Babək, Dədə Qorqud, Koroğlu, Xətai, Qoç Nəbi yada salınaraq anılacaqdır. Güneyin ərdəmli, igid oğul-qızlarını ana yurdun şərqi və nəğmələrindən ayırmaq təşəbbüsü, xalqı öz milli musiqisindən uzaq salmaq niyyəti vəhşilik və mədəniyyətsizlikdir. Bəşər mədəniyyətinə qarşı törədilən vandalizmdir.

  Babək qalasından yüksələn Babək nəğməsi min ildən sonra yenə göylərə yüksələcək, könüllərə sevgi, gözəllik aşılayacaq, Babək və Koroğlu nəslini igidliyə, qəhrəmanlığa səsləyəcək, arzu və ümidlərə ilham verəcək.

  Babək qalasına yürüşü bütün Azərbaycan elləri səbirsizliklə gözləməkdədir. Əlbəttə ki, min ildən sonra ildə bircə dəfə Babək qalasına yürüşün baş tutması çox az və yetərli deyil. Məğrur, igid Babəkin əziz xatirəsi qəlbimizdə yaşadığı kimi istilaçılara qarşı mübarizə ənənələri və təcrübəsi də amalımıza çevrilməlidir. Bütün millətlər kimi Azərbaycan türklərinin də milli ziyarətgah ocağı olmalıdır. Təbiidir ki, milli ziyarətgah yeri olmayan bir xalqın milli dəyərləri gözdən düşər, öz nicatını yad qapılarında axtarmaqla miskinləşib acizləşər.

  Müqəddəs islam dinini yüksək tutmaqla yanaşı milli dəyərlər də anılmalıdır, onların unudulması ilə xalqın mənən yoxsullaşıb yad təsirlərə düşməsi başlayır və acı nəticəyə gətirib çıxarır. Yalançı, saxta, zərərli inam və görüşlərin əsirinə çevrilməyən millət yaşamağa layiqdir və Babəki olan bir xalqın öyünməyə haqqı var, Babək kimi döyüşərək öz istiqlaliyyət və azadlığını qorumağa qüdrəti çatar.

  Babək ocağının pərəstiş və ziyarətə layiq görülməsi, onun anılması, ümumxalq yürüşünün Babək ruhundan güc alması ənənə şəklinə düşür. Min il bundan öncə ərəb istilaçılannı diz çökdürən xürrəmilər nəslinin öz ulu babaları ilə öyünərək Babək qalasına toplaşması milli toplanış və mücadilədir. Azərbaycan türkünün bu toplanışı və istiqlaliyyət şərqisi haqqın səsidir. Azad, hürr yaşamaq istəyən insanlann vətən eşqi, vətən duyumu və əzəmətinin təsdiqi, zülm və əsarətə qarşı etiraz səsidir.

  Ulu türk, Babəki, onun Qartal qalasını unutma! Sənin bu amal və niyyətin şanlı qəhrəmanımız kimi unudulmaz və həmişəyaşardır. Keç- mişinə kor baxanın gələninə xor baxılar. Bu gün Qartal qalasından göylərə baş vuran məğrur səsin özünü anıb dəyərləndirməliyik. O kimi hər cür pərəstişə, hər cür səcdəyə və alqışa layiqdir.

  Babək qalası — hünər qalasıdır. Türk hünərinin daşlanmış tarixi, Babək qılıncının səsi, ruh oxşayan xürrəmi nəğməsidir. Azərbaycan türkünün əfsanəyə çevrilmiş vətənpərvərlik, alp-ərənlik dastanıdır. Babək qalasına yüksələn millət, Babək əqidəsi ilə yaşayan xalq sarsılmaz və basılmazdır. Qoy, Qartal yuvasından öz səsin gəlsin, türk elləri ayağa durub hünər göstərsin.

   Babək qalasına yürüş-doğma Azərbaycana, onun bahadırlı keçmi- şinə sevgi və sayğı, onun gələcəyinə yenilməz bir inamın dünyaya gəlməsidir. Milli əqidə və inamın Babək zirvəsinə yüksələn soydaş- larımızın nərə və hayqırtısı milli himnimizin səsidir. Güneyli türklərin öz ürəklərinin başında, vətən göylərində Babək məşəlini yandırıb azadlıq və istiqlaliyyət nəğmələrini oxuması Babək ruhunun yeni bir zühurudur. Babək ruhu, Babək iradəsi bu gün yaşayır və bütün Azərbaycan ellərini milli qeyrət və hümmətə səsləyir.

  Babək kimi milli qəhrəmanı olan xalqın ərazisinin bölünüb par- çalanmağa haqqı yoxdur. Güney ilə Quzey Azərbaycanı Babək ruhu və Babək ruhunu yaşadan vətənpərvər və qeyrətli qəhrəmanlarımız yenidən birləşdirəcək, Böyük Azərbaycan həqiqəti gerçəkləşəcək. Bütöv Azərbaycan dövləti dünyanın ən demokratik və nüfuzlu dövlətinə çevriləcək, milli arzu və ideallarımız çin olacaq.

“Olaylar” qəzeti, 26-27 iyun 2003

Top