Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnməyən hadisələrə fiziki hadisələr deyilir.
Bu zaman maddənin yalnız aqreqat halı və ya forması dəyişir.
Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnən hadisələr kimyəvi hadisələr adlanır. Bu zaman başlanqıc maddədən yeni maddələr əmələ gəlir. Kimyəvi hadisələrə kimyəvi reaksiyalar deyilir. Kimyəvi reaksiyaları bəzi xarici əlamətlərinə görə təyin etmək olar:
Rəng dəyişməsi
Çöküntü alınması
Qöxunun əmələ gəlməsi
Qaz əmələ gəlməsi
Kimyəvi hadisələr həmişə fiziki hadisələrlə müşayiət olunur. Məsələn, təbii qazın yanması zamanı karbon qazı və suyun əmələ gəlməsi (kimyəvi hadisə) ilə yanaşı işıq və istilik ayrılır (fiziki hadisə).