Elementin kimyəvi xassələrini özündə daşıyan ən kiçik hissəciyi atom adlanır.
Hissəciyin yükü və kütləsini aşağıdakı kimi göstərmək olar:
Proton sayı elementin dövri sistem cədvəlindəki yerini və nüvənin müsbət yükünü müəyyən edir:
Proton sayı = Nüvə yükü = Sıra nömrəsi
13Al elementi üçün:
Proton sayı =13
Nüvə yükü =13
Sıra nömrəsi =13 kimidir.
Ø Atomun kütlə ədədi – A, proton və neytron sayı arasında əlaqə belədir:
A=Proton sayı + Neytron sayı
Ø Neytral atomda proton və elektron sayı bərabərdir:
proton sayı = elektron sayı
Deməli:
– atomu üçün:
Proton sayı =15
Nüvə yükü =+15
Sıra nömrəsi =15
Elektron sayı =15
Neytron sayı =16 kimidir.