- Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir
- Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et
- Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün
- Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol
- Hirslənəndə kimisə dişlə
- Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə
- Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç
- Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq
- Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə
- Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol
- Kədərli olanda özünün video klipini çək – sevdiyin mahnını yüksək səslə oxuyaraq
- Utancaqlıq sənin uğurlarının qarşısını kəsir, tulla getsin
- Hər gün işə gedəndə həsrətlə baxdığın o vitrindəki paltarı al, həyat qısadır
- Diş sapından istifadə et – gözəl gülüş üçün sağlam diş lazımdır
- Səmimi ol – istənilən insanın ürəyinə ən qısa yol səmimiyyətdir
- Həyatda doğmalar və yadlar var. Yadlarla danışdığın xoşluğun 10 dəfə çoxunu doğmalara göstər. Xəstələnəndə yanında kimin olacağını bilirsən
- İnan – özünə, dostlarına, sevgiyə, karmaya, ədalətə
- Balaca uşaqlarla dostluq elə – onlar sənə həyatı öyrədəcəklər
- Heç kim ideal deyil, hamı səhv edir, özünü ciddiyə alma, əylən
- Sağlam qidalanmaq çox vacibdir – yağlı, şəkərli, kalorili yeməkləri minimuma endir
- Əsl sevgiyə inan – 135 keçmiş sevgililərin sənin ürəyini qırmış olsa belə
- Ətrafındakılara onların nə qədər dəyərli olduğunu tez-tez de, elə bilmə ki, onlar bunu artıq bilirlər
- Başqalarının uğurlarına sevin, onda bu uğurlar sənə də qismət olacaq
- Cizgi filmlərinə bax – içindəki uşağı oyaq saxla
- Ürəyinin arxasınca qaç, yalnız onda uçmağı öyrənəcəksən
Müəllif: Şəbnəm Alməmmədova / www.hellokishi.com
İstifadə zamanı sayta istinad mütləqdir, yazı müəllif hüquqları ilə qorunur