- Niderlandın siyasi quruluşu
- Niderlandın iqtisadi inkişafı
- Niderlandda Reformasiya
- Oranlı Vilhelm
- Azadlıq hərəkatının başlaması
- Hersoq Albanın rejimi
- Azadlıq hərəkatının ikinci mərhələsi
- Cənubda antiispan hərəkatı
- Azadlıq hərəkatının üçüncü mərhələsi
- Şimali Niderlandın müstəqillik uğrunda mübarizəsi
- Holland müstəmləkəçiliyi
1) Niderlandın siyasi quruluşu.
Burqund hersoqu Cəsur Karlın 1477-ci ildə həlakından sonra onun qızı və yeganə varisi Mariya gənc Maksimilian Habsburqa ərə gedir. Burqund – Niderland torpaqları bu sülalənin mülkünə çevrilir. Maksimilianın nəvəsi, imperator V Karl Reynin aşağı axarlarındakı şimal torpaqları Niderland mülklərinə birləşdirmək hesabına genişləndirir. 1549-cu ildə verilən qərarla 17 əyalətdən ibarət bu torpaqlar xüsusi Habsburq dairəsinə çevrilir və onu bölmək qadağan olunurdu. O, imperiyanın tərkibinə daxil idi, xüsusi imperiya vergisi verirdi və faktiki öz həyatı ilə yaşayırdı.
Niderland o zaman müasir Belçika, Niderland, Lüksemburq və qismən də Şimali Fransanın ərazisini tuturdu. Dairənin tərkibinə cənubda – Flandriya, Brabant, Henneqau, Artua, Namyura, Lüksemburq, Limburq və b., şimalda – Hollandiya, Zelandiya, Utrext, Frislandiya və b., daxil idi. Niderlanda həmçinin böyük Lyöj yepiskopluğu da aid idi, o, dini knyazlıq kimi muxtariyyata malik idi. Habsburq dairəsi cəmi 30 il mövcud oldu, 1579-cu ildə o, 2 hissəyə: şimal və cənub əyalətlərinə bölündü.
Niderland imperatorun, daha sonra ispan kralının canişini – baş statxauder tərəfindən idarə edilirdi. Yerli əyanlar içərisindən Dövlət Şurası təşkil olunmuşdu. Şura təhlükəsizlik məsələləri, ordunun vəziyyəti, mərkəzlə əyalətlər arasında mübahisələri həll edirdi. Maliyyə Şurası vergiyığımına və pul zərbinə baxırdı. Gizli Şura isə qanunlar və qərarlar hazırlayırdı. Bu şurada adətən kral məmurları çalışırdı. Yerlərdəki idarəçilik orqanları – statxauderlər baş statxauderə tabe idi. Mərkəzləşdirilmiş dövlət aparatı ilə yanaşı, yerli özünüidarəçilik orqanları: Baş ştatlar və əyalət ştatları da saxlanmışdı. Şəhərlər də müəyyən müxtar hüquqlara mənsub idilər.
2) Niderlandın iqtisadi inkişafı.
XVI əsrin əvvəllərinə doğru Niderland Avropanın təsərrüfat baxımından ən inkişaf etmiş ölkələrindən idi. Əhalinin sayı 2 milyona çatırdı, Niderlandda 300-dək şəhər, 6500 kənd var idi. Ən iri şəhər və liman Antverpen idi. Əsrin əvvəllərində o, dünya bazarı, ticarət və maliyyə işinin mühüm mərkəzi kimi fəaliyyət göstərirdi. Bu limana Amerikadan, Hindistandan, Cənubi-Şərqi Asiyadan mallar gətirilir və Avropanın digər ölkələrinə onun vasitəsilə çatdırılırdı. Əhalinin 105.000 nəfərindən 15 mini əcnəbi – ispan, portuqal, italyan, alman, ingilis idi. Onların şəhərdə idarələri, iri ticarət firmaları, bank şöbələri var idi. Məhz xarici kapital Antverpenin iqtisadi yüksəlişini təmin etmişdi. XVI əsrdə Antverpendə və d. şəhərlərdə manufaktoriyalar da yaranır. Antverpen Avropanın ən aparıcı kitab çapı mərkəzi çevrilir.
Niderlandın ən inkişaf etmiş əyalətləri cənubda – Flandriya və Brabant, şimalda – Hollandiya və Zelandiya idi. Cənubun hər yerdən 2 əyaləti yüksək keyfiyyətli mahud istehsalı ilə məşhur idi. Lakin XVI əsrdə vəziyyət dəyişir: iri istehsal mərkəzləri – Brugge, Qent, İpr tənəzzül edir, mahud istehsalı burada ixtisar olur. Bunun əvəzində yun istehsalı Brugge, kətan isə – Gentdə yeniş istehsal tapır. Sexlərin yeni şəraitə və yeni tələblərə uyğunlaşması prosesi çox çətin gedirdi, proses gedişində sənətkarların bir qismi müflis olur, yoxsullar təbəqəsi artır. Kütləvi dilənçilik hallarının qarşısın almaq üçün hakimiyyət bir neçə dəfə qərarlar verməli olmuşdu.
Cənub əyalətlərində olduğu kimi, şimalda da yun, kətan və ipək parçaların istehsalı geniş yayılmışdı. Lakin burada gəmiqayırma işi xüsusi əhəmiyyət kəsb edirdi. Şimal əyalətləri Pribaltika, İngiltərə və İspaniya ilə ticarət aparırdı. Tranzit ticarətin əasa mərkəzi Amsterdam idi. Artua, Gennehau, Lüksemburq kimi əyalətlər isə kənd təsərrfüatı əyalətləri di. Burada feodal torpaq sahibkarlığı və kəndlilərin müxtəlif asılılıq formaları ilə yanaşı, şəxsi asılılıq da mövcud idi. Cənub əyalətlərindən fərqli olaraq, Hollandiyada fermer təsərrüfatı üstünlük təşkil edirdi. Burada kəndlilər arasında təbəqələşmə gedirdi. XVI əsrin ortalarına doğru Niderlandda illik istehsalın həcmi təx. 100 milyon qulden Habsburqların hərbi xərclərinə sərf olunurdu. İmperatora ödənilən vergilər ölkə üçün ağır yük idi, imperatorun siyasəti isə ölkədəki vəziyyəti daha da gərgin edirdi.
Niderlandda Reformasiyanın ilkin şərtləri, Avropanın digər blkələrində olduğu kimi, sosial-iqtisadi, siyasi, mədəni dəyişikliklərin cəhalətlə çulğaşması ilə səciyyələnirdi. Reformasiya ideyalarının yayılmasında isə hökumətin aparmış olduğu siyasətə qarşı müxalif qüvvələr olur.
3) Niderlandda Reformasiya.
Almaniyada olduğu kimi, Niderlandda da Reformasiya hərəkatı Martin Lüterin çıxışının təsiri altında başlayır. İlk əvvəldən bu hərəkat hakimiyyətin kəskin müqaviməti ilə rastlaşır. 1521-ci il Vorms ediktinə görə, Gent şəhərində 3 minədək «bidətçi» kitab yandırılır. 1522-ci ildə V Karl xüsusi imperator inkvizisiyası təşkil edir və bu inkvizisiya bütün Niderland ərazisində fəaliyyət göstərməli idi. Bu şəhərlərin böyük narazılığına səbəb olur. 1523-cü ilin iyulunda isə ölkədə Lüterin 2 tərəfdarı tonqalda yandırılır. Niderlanddakı inkvizisiya məhkəməsi bütün bidətçiləri «lüterçi»likdə gnahlandırırdı. Halbuki ilkin variantda lüterçilik Niderlandda geniş yayılmamışdı. XVI əsrin II rübündə ölkədə katolikliyə qarşı çoxlu sayda təriqətlər yaranmışdı. Bu təriqətlər üçün ən səciyyəvi cəhət onların digər təriqətlərə qarşı dözümsüzlüyü idi. Reformasiya ideyası ən müxtəlif sosial təbəqələr arasında yayılmışdı.
1555-ci ildə imperator V Karlın hakimiyyətdən imtina etməsindən sonra Niderland ispan kralı II Filippin mülkü olur. V Karlın Fransa ilə, osmanlılarla və protestant knyazlarla apardığı müharibələr Niderlandın da maliyyə vəziyyətinə neqativ təsir göstərmişdi. 1557-ci ildə II Filipp dövlətin müflis olduğunu elan etdi. Bu, imperatora subsidiyalar vermiş Niderland bankirlərini də ağır vəziyyətə saldı. Öz hakimiyyətinin ilk 2 ilini II Filipp Brüsseldə keçirdi və Fransaya qarşı hərbi əməliyyatlar aparmaq üçün cənub əyalətlərinə ispan qoşunlarını gətirdi. 1559-cu ildə Fransa ilə müharibə başa çatsa da, bu qoşunlar daha 2 il ərzində Niderlandı tərk etmədi. 1559-cu ildə Brüsseli tərk edən II Filipp bacısı Parmlı Marqaritanı Niderlandın canişini təyin etdi. Dövlət Şurasının başında isə tezliklə kardinal olan Antuan Qranvellanı qoydu.
Bidətçiliklə müharibə aparmaq üçün II Filipp Niderlandın kilsə quruluşunu islah etmək qərarına gəldi: yepiskopların sayının artırılması və onların hər birinə 2 inkvizator ayrılması nəzərdə tutulmuşdu. Bütün inkvizisiyaya rəhbərlik isə Qranvellaya tapşırılır. Lakin kardinal burqund mənşəli, yəni əcnəbi idi. Əcnəbinin yüksək vəzifəyə təyin edilməsi isə Niderland qoşunlarına zidd idi. Kralın bu planları Niderland əyanlarının da maraqlarına toxunurdu, çünki onlar yepiskopluqla bölmək istəmirdilər. Kral bir müddət yeni qaydaları ləngitməli oldu.
II Filippin təsərrüfat siyasəti də böyük narazılıq doğururdu. 1560-cı ildə ispan istehsalına kömək etmək üçün Niderlanda ixrac olunan yun üzərinə gömrük haqqı artırılır. Nəticədə Niderlanda yun ixracı 2 dəfə azalır. Daha sonra Niderland tacirlərinin müstəmləkələrə gediş-gəlişi də çətinləşdirilir. II Filippin İngiltərə ilə münasibətlərinin gərginləşməsi isə Niderlandın İngiltərə ilə ticarətinə də mənfi təsir etdi. Niderlanddakı ispan siyasətinə qarşı hətta Dövlət Şurasında da çıxışlar başladı. Şura üzvlərinin içərisində Oranlı Vilhelm və 2 qraf – Eqmont və Qorn da var idi.
4) Oranlı Vilhelm.
Oranlı Vilhelm 1533-cü ildə Almaniyada, Nassau nəslindən olan lüterçi qraf ailəsində doğulmuşdu. Bu nəsil Niderland zadəganları üçün «əcnəbi» deyildi, bu qrafların Niderlandda iri malikanələri və Brabant əyalətində baron titulu var idi. 1544-cü ildə Vilhelmin dayısı oğlu vəfat edərkən ona Fransanın cənubundakı mülklərini və oranlı şahzadə titulunu da vəsiyyət etmişdi. Vəsiyyətə görə, Vilhelm katolikliyə keçməli idi. Şahzadə V Karlın Brüssel sarayında tərbiyə almışdı, bir neçə dil bilirdi, bacarıqlı siyastəçi idi və kardinal Qranvella ona Qaradinməz ləqəbi vermişdi, çünki Vilhelm öz məqsədlərini gizli saxlayırdı. Vilhelm imperatorun sevimlisi idi. 1559-cu ildə fransız kralı II Henri ona xəbər verdi ki, o, və ispan kralı II Filipp bütün xristian dünyasında protestantların kökünü kəsmək niyyətindədir. 20 il sonra, 1580-cı ildə Vilhelm «Apologiya»sında hekayət etmişdi ki, kralların bu sirri onu dəhşətə gətirmiş və o, bu plana qarşı mübarizə aparmaq qərarına gəlmişdi. II Filipp tərəfindən Hollandiya, Zelandiya, Utrext və digər ərazilərin stathauderi təyin edilən Vilhelm Dövlət Şurasında bir neçə dəvə Qranvellaya şarşı çıxış etmişdi və tədricən müxalifətin rəhbərinə çevrilmişdi. Şahzadə və 2 qraf (Eqmont və Qorn) kralın istefasını tələb edir. Vəziyyəti kəskinləşdirməmək üçün II Filipp kardinalı geri çağırır. Oranlı Vilhelm bir neçə dəfə kralı da, onun canişinlərini də xəbərdarlıq etmişdi ki, dini təqiblərlə əlaqədar ölkədə ümummilli iğtişaşlar başlaya bilər. Lakin onun bu sözlərini qulaqardına vurdular.
5) Azadlıq hərəkatının başlaması.
1560-cı ilin ortalarında ölkədə siyasi durum hökümətin nəzarətindən çıxır. Qiymətlərin qalxması şəhərdə yoxsulların qiyamına səbəb olur. Kalvinizmin geniş yayılması kütləvi yığıncaqlara gətirib çıxarır. Dini ehtiraslar 1566-cı ildə ölkədə ən yüksək dərəcəsinə çatır. Oranlı Vilhelm onun idarəçiliyndə olan əyalətlərdə bidətçilərin təqib edilməsi haqqında fərmanları – plakatları yerinə yetirməkdən imtina edir. Nassaudakı qardaşı Lüdviqin vasitəsilə o, Almaniyada muzdlu qoşun toplamaq imkanı haqqında gizli danışıqlar aparır. Zadəganlar da fəal hərəkata keçir. Hələ 1565-ci ilin sonunda bir neçə yüz zadəganın ittifaqı təşkil olunur və onlar «Kompromis» adlı sənəd imzalayır. İttifaq üzvləri – həm protestantlar, həm katoliklər Niderlandda inkvizisiyaya son qoymağa, ədalətsizliyə qarşı mübarizə aparacaqlarına söz verirlər. Eyni zamanda, ispan kralına sədaqət andı da içilir. Tezliklə şəhərlərlilər də «Kompromis»in nüsxələrinə imza atmağa başlayır. 5 aprel 1566-cı ildə Brüsselə gələn 300 zadəgan Parmlı Marqaritaya petisiya təqdim edirlər və xəbərdarlıq edirlər ki, inkvizisiya ləğv edilməsə və Baş Ştatlar çağrılmasa, ölkədə böyük çıxışlar başlayacaq. Petisiya bütün zadəganların mənafeyini əks etdirmişdi, məsələn, Hollandiyada 75 zadəgan onu imzalamaqdan imtina etmişdi. Lakin Marqarita petisiyanı bir xəbərdarlıq kimi qəbul edərək krala bu barədə məlumat verəcəyinə söz verdi. Saray əyanlarından biri petisiya təqdim edənləri «Gözlər» (dilənçi) adlandırmışdı. Müxalifət qüvvələri bu sözü eşidib ondan istifadə etmək qərarına gəldilər. Onlar bilərəkdən dilənçi çantası taxaraq özlərini göz adlandırmağa başladılar.
Yaranmış vəziyyətdən istifadə edən protestantlar öz missonerlik fəaliyyətini gücləndirir. Xüsusilə kalvinçilər sayca artır. Onlar ən çox katoliklərin «ikonalara sitayişi»nə qarşı çıxırdılar. Niderlandda ikonalara qarşı mübarizə kütləvi şəkil alır. Cənubi və şərqi Flandriyada başlayan bu hərəkat bir-bir əyalətlərə yayılır. İnsanlar kütləvi halda kilsə və monastırlara hücum edir, ikona və heykəlləri dağıdırdılar. Eyni vaxtdə kilsənin əmlak və məhkəmə sənədləri də məhv edilir. 5500-dək kilsə və monastır bu hərəkatın qurbanı olur. İkonalarla mübarizə hərəkatı müxalifət arasında parçalanma yaradır. Canişin ölkədə sabitliyi yaratmağa kömək müqabilində protestant zadəganlara güzəştlər edəcəyinə söz verir. İkonalarla mübarizə hərəkatının yatırılmasında zadəganlar həqiqətən, fəal iştirak edir. Zadəgan ittifaqı isə buraxılır.
6) Hersoq Alba rejimi.
Niderlanddakı hadisələr haqqında xəbərlər alan II Filipp qiyamçıları cəzalandırmaq qərarına gəldi. 1567-ci ilin yayında Niderlanda hersoq Albanın başçılığı ilə xüsusi ordu göndərilir. Qəddar ispan qrandı olan Alba həm də qatı katolik idi. Albanın gəlişini gözləməyən minlərlə adam, o cümlədən Oranlı Vilhelm ölkəni tərk etdi. 1567-ci ilin avqustunda Albanın ordusu Brüsselə daxil oldu. Ölkənin şəhər və qəsrlərində öz qarnizonlarını yerləşdirən Alba geniş miqyaslı terrora başladı. Onun sədrliyi ilə qiyam işləri üzrə Şura yaradıldı və bu Şura çıxardığı qəddar qərarlara görə «Qanlı Şura» adını aldı. Eqmont, Qorn, həmçinin Antverpenin burqomistri edam olundu, onların əmlakı isə xəzinəsini xeyrinə müsadirə edildi. Oranlı Vilhelm və qardaşı Lüdviq Nassau müqavimət qüvvələrinə rəhbərliyi əllərinə aldı. Onlar böyük muzdlu qoşunlarla – biri cənubdan, digəri şimaldan Niderlanda hücum etdi. Lakin Alba Lüdviqin qoşununu darmadağın etdi, Vilhelmi isə geri çəkilməyə məcbur etdi. «Qanlı Şura» Oranlı Vilhelmi hakimiyyəti ələ keçirmək cəhdində günahlandıraraq əmlakını müsadirə etdi, 13 yaşlı oğlunu isə həbs edərək İspaniyaya göndərdi.
Niderlandı İspaniyanın tam tabeçiliyinə salmaq üçün Alba maliyyə islahatı keçirmək qərarına gəldi. 1571-ci ildə ölkədə orta əsr tipli ispan vergiyığımı – əl-qəbalə tətbiq olunur. Bu qaydaya görə, 3 vergi – istənilən daşınmaz əmlakdan alınan 1% vergi, daşınmaz əmlakın satışından alınan 5% vergi, hər cür malın satışından 10% vergi alınırdı. Albanı xəbərdar edirdilər ki, bu vergilər ölkədə ümumi narazılıq yaradacaq, çünki Niderlanda gələn hər bir mal vasitəçinin əlindən keçib gəlir. Lakin hersoq öz dediklərində möhkəm durur. Albanın bu siyasətinin sonu acınacaqlı olur: ticarətin həcmi ixtisara düşür, kütləvi iflaslar başlayır. Albanın aparmış olduğu siyasət əhalidə müqavimət hisslərini daha da artırır: Flandriya və Hennaqau meşələrində partizanlar güclənir və özlərini «meşə gözləri» adlandırırlar.
7) Azadlıq hərəkatının II mərhələsi.
Şimalda isə azadlıq müharibəsi fərqli yolla gedir. Burada «dəniz gözləri» fəaliyyət göstərirdi və onların komandirləri içərisində zadəganlar da az deyildi. İspan gəmilərinə hücum edib onları talan edən «dəniz gözləri» İngiltərənin limanlarından baza kimi istifadə edirdilər. Alba gözlərə qarşı tədbirlər həyata keçirirdi, lakin eyni vaxtda onlara həqarətlə baxıb hesab edirdi ki, onun üçün əsl hərbi təhlükə Oranlı şahzadənin qoşunlarıdır. Lakin hersoq Alba bu fikrində yanılmışdı.
1572-ci ilin yazında İspaniya ilə münaqişədən qaçan kraliça Yelizaveta «dəniz gözləri»nə İngiltərə limanlarını tərk etməyi əmr edir. Gözlər 24 gəmi ilə çıxaraq 1 aprel 1572-ci ildə Zelandiyadakı Bril şəhərini ələ keçirir. Bu, əcnəbi hakimiyyətinə qarşı şimal əyalətlərində xalq azadlıq hərəkatının başlanğıcı üçün siqnal olur. Əvvəlcə Zelandiyanın mühüm limanı olan Flissingen üsyan edir, daha sonra bir neçə şəhər də üsyan qaldırdı. Oranlı Vilhelm yerli şəhər qoşunlarına öz zadəgan komandirlərini köməyə göndərir. 1572-ci ilin yayında Dordrexdə Hollandiya və Zelandiya ştatları çağrılır və Oranlı Vilhelm Stathauder və qoşun başçısı təyin edilir, həmçinin dini etiqad azadlığı da elan olunur. Bu, müstəqil respublika hakimiyyətinə doğru ilk addım idi. 1572-ci ilin avqustunda Varfolomey gecəsində törədilən qətl hadisəsi sonrakı hadisələrə böyük təsir göstərir. Fransız qugenotlarına ümid bağlayan şahzadə başa düşür ki, indi yalnız öz qüvvələrinə arxalanmalıdır. O, müqavimət hərəkatına başçılıq etmək üçün Hollandiyaya gəlir. Müxalifət qüvvələri içərisində belə 1 təsəvvür yaranmışdı ki, kiçik bir ölkə xarici kömək olmadan qalib gələ bilməz. Şimal əyalətlərində güclənən kalvinçilər də vəziyyəti başqa cür qəbul etmişdilər. Belə ki, Vilhelmin qoyduğu vetoya baxmayaraq, kalvinçilər Hollandiyada və Zelandiyada katolik ayinlərinin keçirilməsini qadağan etdilər. Tezliklə Vilhelm özü də kalvinçiliyi qəbul etdi, lakin dini etiqad azadlığını da müdafiə edirdi.
Alba qiyamçılara qarşı şimala qoşun yeritdi. 1572-ci ilin dekabrından 1573-cü ilin iyulunadək, 7 ay müddətində Albanın oğlunun qoşunları tərəfindən mühasirəyə alınmış Xarlemin müdafiəsi davam etdi. Aclıq çəkən şəhər təslim oldu. 2000-dən çox əsgər edam edildi, şəhər üzərinə böyük təzminat qoyuldu. 6 il Niderlandda ağalıq etmiş hersoq Alba kral tərəfindən İspaniyaya çağrıldı. 1573-cü ilin sonu Albanı yeni canişin – Lui Rekezens əvəz etdi. Bundan sonra ispanlar ikili oyun aparır: bir tərəfdən, danışıqlar aparmağa meylli olduqları təsəvvürü yaradır, digər tərəfdən, ispan hakimiyyətini ölkədə möhkəmləndirmək kursu yeridirdilər. Rekezens müxalif qüvvələr içərisində nifaq salmağa müyəssər olur. 1576-cı ilin martında Rekezens vəfat edir, Dövlət Şurası ölkədə nəzarəti ələ keçirir.
8) Cənubda antiispan hərəkatı.
Canişinin vəfatından sonra bir neçə ay ərzində ispan qoşunları məvacib almırdılar. 1576-cı ilin yayında onlar qiyam qaldırdılar, bəzi qəsrləri ələ keçirdilər və şəhərlərdə talanlara başladılar. Brabant şəhərləri muzdlulara qarşı müqavimət təşkil etdilər. Dövlət Şurasının üzvləri buna mane olmaq istəməyəndə, Brüsseldə onları şahzadənin tərəfdarları həbs etdilər. Gentdə Baş ştatlar çağrıldı və hakimiyyət onların əlinə keçdi. 1576-cı ilin noyabrında ispan muzdluları şəhərə hücum edib onu talan etdilər. Şəhərin 8 minə yaxın sakini qətl edildi. Baş verənlər bütün ölkədə narazılıq doğurdu və cənubda antiispan hərəkatı başladı.
1576-cı il noyabrın 8-də Baş Ştatlar «Gent barışığı» — şimal əyalətləri ilə cənub torpaqları arasında ittifaq haqqında saziş bağlayır. Müqavilədə ispan qoşunlarını ölkədən qovmaq üçün şimalın və cənubun qüvvələrinin azadlıq mübarizəsinə başlaması haqqında öhdəliklər göstərilirdi. Eyni zamanda Oranlı Vilhelmin şimalda elan etdiyi dini dözümlülük bütün ölkə üçün nəzərdə tutulurdu. Lakin «Gent barışığı» təntənəli şəkildə elan edirdi ki, onun iştirakçıları II Filippə sadiqdirlər.
Müqavilə kalvinçiləri qane etmirdi. Eyni zamanda II Filipp də bundan narazı qalaraq qardaşı don Xuanı canişin təyin edir. Canişin şimal əyalətlərinə yürüş hazırlamağa başlayır. Baş ştatlar Oranlı Vilhelmi Brüsselı dəvət edir və 1577-ci ilin payızında şəhərə gələn şahzadə don Xuanı ölkənin düşməni elan edri. Lakin Baş ştatların qoşunları bir neçə məğlubiyyətə uğradı, bu isə katoliklərlə protestantlar arasında ittifaqın əheydarlarının mövqeyini gücləndirdi.
7. Azadlıq hərəkatının üçüncü mərhələsi. Şimali Niderlandın müstəqillik uğrunda müharibəsi.
6 yanvar 1579-cu ildə bəzi cənub əyalətləri yeni canişin Aleksandr Farneze ilə separat ittifaq bağladı. Arras şəhərində bağlanan uniyanın məqsədi II Filipplə razılığa gəlmək idi. Katoliklik isə cənub əyalətlərində yeganə icazə verilmiş dini etiqad elan olunur. Bunların əvəzində ispan qoşunlarının bu ərazilərdən çıxarılması və əvvəlki imtiyazların bərpası nəzərdə tutulurdu. Bu uniya nəticəsində Niderlandın cənubunda qüvvələr nisbəti ispanların xeyrinə dəyişdi.
Arras uniyasına cavab olaraq 23 yanvar 1579-cu ildə 5 şimal əyaləti – Hollandiya, Zelandiya, Utrext, Frsilandiya və Heldern Utrextdə uniya bağladılar, onun məqsədi – vahid siyasi ittifaq (konfederasiya) bağlamaq idi. «Gent barışığı»nın əhəmiyyətini təsdiq edən uniya üzvləri ispan qoşunlarına qarşı müharibəni birgə aparmaq qərarı qəbul edir. Müharibə, sülh, ümumi vregilçr haqqında qərarlar müttəfiqlər tərəfindən yekdilliklə qəbul olunmalı, qalan məsələlər isə səs çoxluğu ilə keçməli idi. Sonralar bu uniyaya daha iki əyalət – Qroningen və Overeysl də qoşuldu. Bu uniyaya Flandriya və Brabantın iri şəhərləri – Antverpen, Brüssel, Gent, Brügge, İpr və Breda da qatıldı.
1581-ci ilin yayında şimal əyalətlərinin Baş ştatları II Filippi tiran kimi devirdiklərini bildirdilər. Həmin vaxtdan şimalda Utrext uniyası əsasında yeni respublika bərqərar oldu, hərçənd ki, heç bir rəsmi elan olmadı.
Hələ 1580-ci ildə ispan kralı Oranlı Vilhelmi qanundakənar elan etmişdi və onun qətli üçün böyük mükaıat vəd etmişdi. 1582-ci ildə şahzadəyə qarşı sui qəsd tçşkil olunsa da baş tutmadı, 1584-cü ildə isə ispan casusu onu öldürməyi başardı.
1580-ci illərin I yarısında ispan canişini A. Farneze Fdandriyanı və Brabantı tamamilə özünə tabe edə bildi. Onun ən böyük qələbəsi isə 1585-ci ildə Antverpeni alması oldu. Farneze burada müsadirələr keçirmədi və protestantlara katolikliyə dönmək üçün 4 il vaxt verdi. Bundan sonra cənubdan şimal əyalətlərinə kütləvi köçlər başladı.
Farnezenin uğurları cənub əyalətlərini İspaniyanın İngiltərəyə qarşı mübarizəsində platsdarma çevirdi. Ona görə də ingilis kraliçası Yelizaveta Niderlandın şimal əyalətlərinə kömək etmək qərarına gəldi. 1585-ci ildə bura kraliçanın favoriti qraf Leyster gəldi. Lakin özünü ağa kimi aparan Leyster 1587-ci ildə İngiltərəyə dönməli oldu. Xaricdən köməyin mənasız olduğunu görən Baş ştatlar isə ali respublikaçı orqan kimi çıxış edərək ölkənin müdafiəsini Vilhelmin oğlu Moris Nassauya tapşırdı. 1585-1625-ci illərdə o, Hollandiyanın stathauderi oldu. Bacarıqlı sərkərdə olan Moris bir neçə hərbi islahat keçirir və bu, ona Flandriya və Branbantın bəzi torpaqlarını ələ keçirməyə imkan verir. Respublikanın yeni mülkləri ümumi idarəçilik altına alınır. İspaniyaya dənizdə də bir neçə zərbə vurulur və holland donanması üstünlüyü ələ keçirir. Bütün bu qələbələr 1609-cu ildə respublikaya İspaniya ilə 12 il müddətinə Haaqa barışığını imzalamağa imkan verir. Müqaviləyə görə, İspaniya Birləşmiş Əyalətlər Respublikasını faktiki olaraq tanıyır.
1621-ci ildə müharibənin yenidən başlanması tərəflərdən heç birinin mövqeyinə dəyişiklik gətirmir. 1648-ci il Vestfal sülhünə görə, Birləşmiş Əyalətlər Respublikası beynəlxalq aləmdə də tanınır. Azadlıq müharibəsi yalnız şimalın qələbəsi ilə başa çatır, cənub isə ispan hakimiyyətində qalır (cənub əyalətlər XVIII əsrin əvvəllərində Avstriya hakimiyyətinə keçir. Vyana konqresinin qərarı ilə Niderlandın hər iki hissəisi Niderland krallığında birləşir. 1830-cu il inqilabından sonra Belçika müstəqil olur).
8. Hollandiya müstəmləkəçiliyi.
XVII əsr Hollandiyanın beynəlxalq ticarətində həlledici dövr olur. Yeni mülklər və gəlir mənbəyi axtarışında nəhəng holland müstəmləkəçiliyi böyük sürətlə Hindistan, Okeaniya və Amerikanın mühüm məntəqələrini ələ keçirir.
Artıq 1590-1593-cü illərdə hollandların ilk ekspedisiyaları Qərbi Afrika və Cənubi Amerikaya gəlib çıxır. Qısa müddətdə onlar müstəmləkə taktikası qururlar və bu taktikanın əsas cəhətləri belə idi ki, iri vəsaiti və qüvvəsi olmayan hollandlar iri ərazilər deyil, daha vacib strateji və ticarət məntəqələrini tutu rvə öz ticarət inhisarlarını müdafiə temək üçün bu məntəqələrdə donanma qururdular. 1602-ci ildə yaradılan Ost-Hind kompaniyası Cənubi-Şərqi Asiyanın müstəmləkələşdirilməsi yolunda mühüm addım oldu. 1621-ci ildə yaradılan Vest-Hind kompaniyası isə Cənubi Amerikada ispanları və portuqalları sıxışdırıb çıxarmağa çalışırdı. Bu kompaniya Şimali Amerikada daha uğurla çıxış edərək Qudzon körfəzi torpaqları ələ keçirdi və 1626-cı ildə burada Yeni Amsterdam (sonralar Nyu-York) şəhərinin əsasını qoydu.
Yeni müstəmlə və dəniz yollarının axtarışı coğrafi kəşflərlə də nəticələndi. 1642-ci ildə Abel Tasman Okeaniyanı tədqiq etməyə yollanır ıə Yeni Zelandiyanı kəşf edir, onun yanındakı böyük bir adaya sonralar Tasmaniya adı verilir. Yeni materik isə XIX əsrin əvvəllərinə qədər Yeni Hollandiya adlanır.
Digər holland dənizçisi Villem Barents hələ 1594-1596-cı illərdə Şimal Buzlu okeanıfn vasitəsilə Çinə dəniz yolunu tapmaq üçün 3 ekspedisiya təşkil edir. O, bir neçə adanı tədqiq edir və sinqa xəstəliyindən ölür. Sonralar Barnets dənizi onun adı ilə adlandırılır.
1650-ci ilə doğru Hollandiyanın müstəmləkələrinin sahəsi metropoliyadan 60 dəfə çox idi.