XX əsrdə 2 qanlı dünya müharibəsinə və çoxsaylı lokal konfliktlərə şahidlik edən bəşəriyyət XXI əsrin sülh və inkişaf dövrü olduğunu düşünürdü. Lakin baş verənlər bunun heç də belə olmadığını göstərdi.
2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin partladılması və 3 min insanın ölümü ilə nəticələnən qanlı terror aktı yeni əsrin terrorla müharibə əsri olduğunu ortaya qoydu. Sonradan Əfqanıstan və İraqda NATO qoşunlarının müdaxiləsi, Madrid, London kimi Avropa şəhərlərində baş verən qanlı terror aktları, 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi, 2005-ci ilin dekabrında Hind okeanında 300 mindən artıq insanın həyatına son qoyan dəhşətli sunami və s. dünyada hökm sürən qeyri-stabil şəraitin göstəricisi idi. Bu qeyri-stabillik sonrakı illərdə də davam edib.
2010
12 yanvar
Karib dənizində yerləşən Haiti adasında baş verən 7 ballıq zəlzələ və onun ardınca gələn sunami 225 min insanın həyatına son qoydu. Ada ölkəsini viran qoyan həmin dəhşətli təbiət faciəsi hələ də “üçüncü dünya ölkəsi” olan Haitidə iqtisadi-siyasi gərginliyə yol açır.
10 aprel
Rusiyanın Smolensk şəhəri yaxınlığında içərisində prezident Lex Kaçinski və həyat yoldaşı Mariya daxil olmaqla, Polşanın bir sıra dövlət xadimlərinin olduğu təyyarə qəzaya uğradı. Hadisə nəticəsində 96 nəfər həlak oldu.
12 may
Liviyanın Tripoli şəhərində göyərtəsində 104 nəfərin olduğu təyyarə qəzaya uğrayır. Sərnişinlərinin əksəriyyəti Hollandiya vətəndaşı olan qəzada 8 yaşlı uşaq istisna olmaqla 103 nəfər həlak olur.
31 may
Blokada vəziyyətində olan Qəzza sektoruna humanitar yardım aparan “Mavi Mərmərə” İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalır. Gəminin göyərtəsindəki toqquşma 9 nəfər Türkiyə vətəndaşının ölümünə, 10-u israilli əsgər olmaqla 30-dan artıq insanın yaralanmasına səbəb olur.
10 iyun
Qırğızıstanın cənubunda qırğızlarla etnik özbəklər arasında milli zəmində toqquşmalar baş verir. İğtişaşlar zamanı rəsmi məlumatlara görə, 420-dən artıq insan həlak olub.
11 dekabr
Moskva sakini Yeqor Sviridovun küçə mübahisəsi zamanı Şimali Qafqaz əsilli vətəndaşlar tərəfindən öldürülməsindən sonra mərkəzi Moskva olmaqla, bütün ölkə boyu kütləvi iğtişaşlar və toqquşmalar baş verir.
24 dekabr
Tunisdə Sidi-Buzid şəhərində küçə ticarəti ilə məşğul olan 26 yaşlı Mənzəl Buazeyn sosial ədalətsizliyə etiraz olaraq özünü yandırır. Həmin gün Yaxın Şərq və Şimali Afrikada böyük ictimai-siyasi dəyişikliyə yol açacaq “ərəb baharı”nın başlanğıcı olur.
2011-ci il
14 yanvar
Tunisdəki etirazlar prezident Zin əl-Abidin Ben Əlinin istefa verməsi ilə nəticələnir.
15 yanvar
Cənubi Sudan referendum yolu ilə Sudan Ərəb Respublikasından ayrılaraq müstəqil dövlətə çevrilir.
24 yanvar
Moskvanın “Domodedovo” hava limanında kamikadzenin törətdiyi partlayış 40 nəfərin ölümünə, 180 nəfərin yaralanmasına səbəb olur.
11 fevral
1981-ci ildən Misir prezidenti olan Hüsnü Mübarək etirazlar fonunda ölkə rəhbərliyindən istefa verir.
15 fevral
Liviyada Müəmmər Qəddafiyə qarşı kütləvi etirazlar başlayır.
11 mart
Yaponiya sahillərində 9 bal gücündə baş verən zəlzələ və onun doğurduğu sunami “gündoğan” ölkədə insan tələfatına və dağıntılara səbəb olur. Təbii fəlakət 25 min insanın ölümünə və 50 mindən artıq insanın yaralanmasına yol açır.
15 mart “Ərəb baharı”nın inqilab dalğası Suriyanı da bürüyür. Ölkənin Dəməşq, Hama və Dəraa şəhərlərində iğtişaşlar baş verir.
19 mart
NATO qoşunları Liviyanın bombalamağa başlayır.
2 may
Dünyanın bir nömrəli terrorçusu Üsama ben Laden ABŞ xüsusi xidmət orqanları tərəfindən Pakistanda məhv edilir.
22 iyul
Norveçin paytaxtı Osloda və Uteyya adasında 34 yaşlı millətçi Anders Breyviq tərəfindən törədilən kütləvi qətliam nəticəsində 77 nəfər həlak olur, onlarla insan xəsarət alır.
7 sentyabr
Rusiyanın Yaroslavl şəhərində göyərtəsində “Lokomotiv” hokkey klubunun heyəti olan təyyarənin qəzaya uğraması nəticəsində 44 nəfər həlak olub, 1 nəfər sağ qalıb.
31 oktyabr
Yer kürəsinin 7 milyardıncı sakini dünyaya gəlib.
2012-ci il
1 fevral
Misirin Port-Səid stadionunda baş verən qarışıqlıq zamanı 74 nəfər həlak olur, 300 nəfər xəsarət alır.
22 fevral
Argentinada qatar qəzası baş verir. 49 nəfər həlak olub, 600 nəfər xəsarət alıb.
6 aprel
Malidə dövlət çevrilişi baş verir. Prezidenti devirən tuareq tayfası müstəqil Azavad dövləti yaratdıqlarını elan edir.
4 dekabr Filippində “Pablo” qasırğası 1844 insanın ölümünə səbəb olur.
14 dekabr ABŞ-ın Send-Huk şəhərindəki ibtidai məktəblərdən birinə hücum edən 20 yaşlı gənc 28 nəfərin həyatına son qoyur.
2013-cü il
16 yanvar
Əlcəzairdə neft mədəninə hücum edən terrorçular 20-dən artıq əcnəbi işçini qətlə yetirirlər.
27 yanvar
Braziliyanın “Kiss” gecə klubunda baş verən yanğın 236 nəfərin həyatına son qoyur.
15 fevral
Rusiyanın Çelyabinsk vilayətinə meteorit düşür.
5 mart
Venesuela prezidenti Uqo Çaves dünyasını dəyişir.
15 aprel
ABŞ-ın Boston şəhərindəki illik marafonda 2 nəfərin ölümü ilə nəticələnən terror aktı baş verir. Sonradan hadisəni çeçen əsilli Tamerlan və Cövhər Çarnayev qardaşlarının törətdiyi aydınlaşır.
24 aprel
Banqladeşin Savar şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində 1124 nəfər həlak olur.
3 iyul
Misir ordusu prezident Məhəmməd Mursini devirir.
24 iyul
İspaniyada 80 nəfərin ölümü, 170 nəfərin xəsarət alması ilə nəticələnən qatar qəzası baş verir.
21 sentyabr
Keniyanın pasytaxtı Nayrobidə ticarət mərkəzinə baş verən hücum nəticəsində arasında avropalılar da olmaqla 67 nəfər həlak olur.
3 oktyabr
İtaliyanın Lampeduza adasında baş verən gəmi faciəsi nəticəsində 350 nəfər dünyasını dəyişir.
9 noyabr
“Yolanda” qasırğası Fillipində 6500 nəfərin həyatına son qoyur.
21 noyabr
Ukraynada Viktor Yanukoviç hakimiyyətinə qarşı kütləvi etirazlar başlayır.
29-30 dekabr
Rusiyanın Volqoqrad şəhərində baş verən ikili teror aktları nəticəsində 46 nəfər həlak olur, 250 nəfər xəsarət alır.
2014-cü il
21 fevral
Viktor Yanukoviç hakimiyyətinə qarşı Kiyevdə başlayan etirazlar onun devrilməsin əsəbəb olur. Etirazçıların snayper atəşinə mərzu qalması nəticəsində 108 nəfər həlak olur.
8 mart
Malayziyaya məxsus “Boing 77” təyyarəsi Hind okeanı üzərində yoxa çıxır. 227 sərnişin və 12 heyət üzvünün taleyi bu günə qədər müəyyən olunmayıb.
16 mart
Krımda müstəqillik haqda referendum keçirilir.
18 mart
Krımın Rusiyanın tərkibinə keçməsi ilə bağlı razılşama imzalanır.
7 aprel
“Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” elan olunur.
16 aprel
Cənubi Koreyada “Sevol” gəmisinin qəzaya uğraması nəticəsində 300-dən artıq insan həlak oldu.
13 may
Türkiyənin Soma kömür mədənində baş verən qəza nəticəsində 301 nəfər şaxtaçı həlak oldu.
17 iyul
Donetsk vilayətində Amsterdam (Hollandiya) – Kuala-Lumpur (Malaziya) reysi ilə hərəkət edən təyyarə raketlə vurulur. Nəticədə təyyarənin göyərtəsindəki 298 nəfərin hamısı həlak olur.
9 avqust
Qaradərili Maykl Braunun Sent-Lüis şəhərində ağdərili polis tərəfindən güllələnməsi kütləvi iğtişaşlara rəvac verir.
4 dekabr
Çeçensitanın mərkəzi Qroznıda 28 nəfərin ölümü ilə nəticələnən silahlı toqquşmalar baş verir.