Böyük coğrafi kəşflərin ən mühüm nailiyyətlərindən biri də Amerika qitəsinin dünyaya açılmasıdır. Məkum olduğu kimi ispan səyyahı Xilkovun 1492-ci ildə Amerika qitəsinin kəşf etsə də buranın Hindistan hesab etmiş yeni qitə kəşf etdiyini bilməmişdir. Florensiyada dəniz səyyahı Ameriqo Vespuççi 1499-1504-cü illərdə Cənubi Amerikanı kəşf etmiş və buranı Yeni Dünya adlandırmışdır. Qitə 1507-ci ildən etibarən onun şərəfinə Amerika adlandırılmağa başlamışdı.
Tədricən Atlantik okeanı sahillərində 13 ingilis koloniyası meydana gəldi: 1) Şimal koloniyaları (Yeni İngiltərə): Nyu-Hempşir, Maccaçusets, Konnektikut, Rod-Aylend; 2) Mərkəzi kolonilayar: Nyu-York, Pensilvaniya, Nyu-Cersi, Delaver; 3) Cənub koloniyaları: Virginiya, Merilend, Şimali Karolina, Cənubi Karolina və Corciya. XVIII əsrin 60-cı illərində Şimali Amerika koloniyalarında kütləvi azadlıq hərəkatı başlandı. Ingiltərə hökumətinin aqrar və sənaye sahəsində qoyduğu məhdudiyyətlər, 1765-ci ildə verilmiş gerb rüsumu qanunu kolonistlərin səbrini tükəndirmişdi. Koloniyaçılar İngiltərədə gətirilmiş gerbli kağızları məhv etmiş, gerb rüsumu yığanları isə soyunduraraq qatranlamışdılar. Ingiltərə hökuməti gerb rüsumunu ləğv etməyə məcbur olsa da koloniyalarının istismarını gücləndirmək üçün müxtəlif vasitələrdən əl çəkməmişdi. Respublikanın ilk günlərindən etibarən xarici siyasət məsələləri ilə kontinental konqresin plenumu məşğul olurdu. Həm I, həm də II kontinental konqres öz plenumu vasitəsilə «gizli müxbir komitələrini» təsis etmişdi. Gizli müxbir komitələri ilk dövrlərdə koloniyaların fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oynayırdı. Bu komitələr Kanadada da meydana gəlmişdi. İngiltərənin Kanadanın ərazisində 30 min nəfərlik hərbi qüvvə saxlaması Kanada ilə 13 koloniya arasında fəaliyyətlərin əlaqələndirilməsinə imkan vermədi. ABŞ-ın qarşısında duran əsas vəzifə Avropa dövlətinin dəstəyini əldə etmək vəİngiltərənin təcridinə nail olmaq idi. Buna yeddi illik müharibədən çox az vaxt keçməsi və Avropa dövlətləri arasında ziddiyyətlərin qalması da imkan yaradırdı. Amerikan diplomatiyasının istiqlaliyyət ərəfəsindəəsas diqqəti Fransaya yönəltməsi aşağıdakı faktorlarla bağlı idi: -Fransa güclü idi vəİngiltərə ilə rəqabət üzərində qurulan mqnasibətlərə malik idi; -Fransa kral sarayı İspaniya və Avstiya ilə sülalə müqavilələrinəəsaslanan münasibətlərə malik idi. Bu isə Fransanın dəstəyinin qazanılacağı təqdirdə bir neçə Avropa dövlətləri tərəfindən müdafiə olunmağa imkan yaradırdı; -Fransanın ABŞ-ı dastəkləməsi ehtimalı böyük idi. Çünki ABŞ-da genişlənmiş maarifçilik ideyalarının inkişafında Fransız maarifçiliyi mühüm rol oynayırdı. Fransız maarifçilərinin ingilis və amerikan maarifçiləri ilə əlaqəsinin tarixi böyük idi. Amerikan maariflərinin dahilərindən olan B.Franklin Fransada daha məşhur idi, hətta əsərləri iki dəfə fransız maariflərindən Bomarşe tərəfindən nəşr olunmuşdur; -Fransa başda olmaqla Avropa dövlətinin koalisiyası İngiltərənin dənizlərində hegemonluğunun qarşısına almaq gücündə idi. Uzun sürən diplomatik danışıqlar 1778-ci iln fevralında ABŞ ilə Fransa arasında ticarət və hərbi ittifaq müqaviləsinin imzalanmasına səbəb oldu. Müqaviləyə əsasən Fransa donanması ABŞ tərəfində hərbi əməliyyatlara girmək imkanı əldə etdi. Avropa sarayları heç də könüllü şəkildə Franklinin missiyasını qəbul etmək istəmirdi. Onlar baş vrmiş hadisəyə müstəmləkələrin metropoliyaya ağ olması kimi baxırdılar və öz müstəmləkələrinin taleyi üçün narahatlıq keçirirdilər. Avropa monarxlarının heç biri ABŞ istiqlaliyyətini tanımaq istəmirdi. Kəskin mövqedə Rusiya və İspaniya dayanırdı. İngiltərənin Avropa siyasətində yeritdiyi hegemonluq Avropa dövlətlərinin ona qarşı birləşməsini şərtləndirdi. Fransa-ABŞ ittifaq və ticarət müqaviləsi imzalansa da ABŞ nümayəndə heyətinin başçısı kimi Franklin Fransadakı diplomatik korpusa təqdim olunmadı. Fransa höküməti ittifaq müqaviləsi imzalandıqdan sonra da gözləmə mövqeyi nümayiş etdirdi. ABŞ diplomatlarından Con Cey, Saylas Din və Franklin Avstriya, İspaniya, Niderland və Rusiya ilə diplomatik danışıqlar apardılar. Ancaq bu dövlətlərin ABŞ-ın istiqlaliyyətinin tanınması üçün qoyduğu şərt o idi ki, ABŞ-ın istiqlaliyyəti əvvəlcə İngiltərə tərəfindən tanınmalıdır. ABŞ-ın istiqlaliyyətinin tanınmasından az sonra Avropada baş verən hadisələr ABŞ liderlərini ölkənin strateji inkişaf yolları haqqında düşünməyə vadar etdi. Ilk ABŞ prezidenti Vaşinqton ABŞ-ın Avropa işlərindən kənarda qalması haqqında tövsiyyə vermiş və sonralar panamerikanizm adını almış siyasi cərəyan bu zəmində köklənmişdi. Mövzuya dair suallar Ədəbiyyat Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
XVI əsrdən etibarən İspaniya, Fransa, İngiltərə və Niderland dövlətləri tərəfindən Şimali Amerikanın məskunlaşmasına, burada kolonoyalar yaradılmasına başlandı.
Şimali Amerikada ilk daimi ingilis yaşayış məskəni 1607-ci ildə Ceyms çayı sahillərində meydana gəlmiş gələcək Virginiya ştatı idi. 1620-cı ildə Kod burnunda “May çiçəyi” adlı ingilis gəmisi Ingiltərədən qalmış puritanların ilk qrupunu sahilə çıxardı. Puritanlar Yeni Plimut məskəninin əsasını qoydular.
Koloniyaçılar özləri ilə buraya burjua münasibətləri gətirmişdilər. Şimal koloniyalarında burjua münasibətləri, cənub koloniyalarında isə feodal münasibətləri aparıcı rol oynayırdı. Amerikanın həqiqi sakinləri olan irokez və alqonkin qəbilələri (cəmi 200 min nəfərə yaxın) sıxışdırılırdı. Ucuz işçi qüvvəsi kimi zənci kölələrdən istifadə olunurdu. Zəncilərin qitəyə gətirilməsi 1619-cu ildən başlanmış və sonralar olduqca sürətlənmişdi.
Koloniyaların idarə edilməsi demək olar ki, ingilis kralı tərəfindən həyata keçirilirdi. O koloniyaların çoxuna qubernatorlar təyin edirdi ki, bütün icra və məhkəmə hakimiyyəti onların əlində olurdu.
Artıq XVIII əsrin ortaları üçün kolonistlərin əksəriyyəti özünü amerikanlı hesab edirdi. Burjua inqilabı ərəfəsində amerikan maarifçiliyi ideyaları geniş yayılmışdı. Bu maarifçilik ingilis və fransız maarifçiliyi ideyalarının təsiri altında formalaşmışdı. Amerikan maarifçiliyinin başlıca postolatı təbbi hüquqlar və ictimai saziş nəzəriyyələri idi ki, bu nəzəriyyələr koloniyaların müstəqillyinə haqq qazandırırdı.
Amerikan maarifçiliyinin görkəmli nümayəndələri Bencamin Franklin (1706-1790), Tomas Ceferson (1743-1826) və Tomas Peyn (1737-1809) idilər. B.Franklin maarifçi – filosof, siyasətçi və iqtisadçı idi. O, yaranmaqda olan cəmiyyətin fərdiyyətçiliyəəsaslanan əxlaq kodeksini əsaslandırmış, qul əməyini pisləmişdi. T.Ceferson və T.Peynin maarifçilik ideyaları isə inqilab illərində parlamışdı.
XVIII əsrin ortaları üçün Amerikan maarifçiliyi bazasında formalaşan milli mənlik şüuru, düşüncəsi, milli özünü təsdiq problemi qitədə müstəqillik hərəkatının başlanmasına təkan verdi. Amerikan koloniyalarının milli-azadlıq hərəkatının yüksəlişindəəsası XVIII yüzilliyin ortalarında qoyulmuş “azadliq oğulları” təşkilatının əhəmiyyəti böyük oldu. Bu dövrdə hələ milli müstəqillik ideyası formalaşmamışdı. 1775-ci il üçün 13 ingilis koloniyasında 2,5 mln. nəfərdən yuxarı ingilis, 500 mindən çox zənci-kölə yaşayırdı və ingilis əhalisi bilavasitə ingilis hakimiyyət orqanlarının yaratdıqları maneələr zəminində tədricən müstəqilliyə meyl etməyə başlamış, hətta 1774-cü ilin sentyabrında Filadelfiyada I kontinental konqresin çağrılmasına nail olmuşlar.
Konqres koloniyada yaşayan insanların təbii hüquqlarını – yaşamaq, azadlıq və mülkiyyət hüquqlarını əsas götürərək xüsusi bəyannamə qəbul etdi ki, burada İngiltərə parlamentində koloniyaların nümayəndəliyinin təsisi olunması tələbi öz əksini tapmışdı ki, bu tələb İngiltərə tərəfindən qəbul edilmədi.
Koloniyaların müxtəlif təbəqələri içərisində seçilmiş I konqresin nümayəndələri ingilislər tərəfindən qovulduqdan sonra 1775-ci ilin mayında Finlandiyada II kontitental konqres fəaliyyətə başladı. Konqresin təşəbbüsi ilə 13 koloniya arasında yaradılmışəlaqələr tezliklə ittifaq sazişlərinə çevrilmiş və bu əlaqələrin sistemləşdirilməsi üçün gizli müxbir komitələri yaradılmışdır. Lakin ilk dövrlərdə koloniyalar İngiltərədən ayrılmaq yox, müxtar hüquqlar əldə etmək uğrunda mübarizə aparırdılar.
Koloniyaların müstəqillik hərəkatı öz başlanğıcını 1776-cı ilin əvvələrində yazılmış və müəllifi Tomas Peyn olan “Sağlam düşüncə” intibahnaməsindən (pamflet) başlanır. İntibahnamədə deyilir: “Artıq müzakirələr dövrü sona çatmışdır. Silah sonuncu vasitə kimi koloniyalarla İngiltərə arasında yaranmış mübahisəni həll etməlidir.” Tomas Peyn çıxış yolunu müstəqil respublikanın yaradılmasında görürdü. Elə bir respublika ki, insanların təbii hüquqlarının müqəddəsliyi üzərində qurulmalı idi. Məhz belə şəraitdə II kontinental konqres 1776-cı il iyulun 4-də Tomas Ceffersonun hazırladığı “İstiqlaliyyət bəyannaməsi”ni elan etdi. Bəyannamə 13 ingilis koloniyasının metropoliyadan ayrılmasını və sərbəst ştatlarda “ABŞ” adı altında vahid respublikada birləşməsini elan edirdi.
İstiqlaliyyət müharibəsi dövründə Amerikaya ingilis generallarından Burqoynun, Karnoullisin və Xounun başçılığı altında 90 min nəfərlik hərbi qüvvə daşınmışdı, alman muzdularından ibarət 30 minlik hərbi qüvvvəni də bura daxil etsək, 120 min nəfərlik ordunun Amerika sahillərinə aparıldığı nəticəsini alırıq. Lakin bu ordunun fəaliyyətinin əlaqələndirilməməsi, həm də azadlıq mübarizəsinin vüsəti İngiltərənin planlarını puça çıxardı. Əgər əvvəllər xarici siyasət məsələləri bu sahə ilə o qədər də bağlı olmayan orqanlara həvalə olunsa da, 1777-ci ildə Saratoqi döyüşündən sonra bu məsədlə Dövlət departamenti yaradılmış və Dövlət Katibi postu təsis olunmuşdu. ABŞ-ın ilk Dövlət Katmbi Robert Lvinqston olmuşdu. Lakin Dövlət departementinin XIX yüzilliyin sonlarına qədər cəmi 80-ə qədər əməkdaşı var idi.Istiqlaliyyət müharibəsinə Avropa dövlətlərinin münasibəti
Məhz bu məqsədləri rəhbər tutan kontinental konqres Fransa ilə danışıqlara İstiqlaliyyət bəyannaməsi elan olunandan qabaq başlamaq qərarına gəldi. Amerika koloniyalarına hələ 1765-ci ildən Fransa xarici işlər nazirliyindən 2 ticarət agenti göndərilmişdi ki, bunlar qitədə baş verənləri diqqətlə izləyirdilər. Digər tərəfdən fransa maarifçilərinin bir çoxu, habelə koloniyalarda maarifçilik ideyalarını yaymaqla məşğul olan şəxslər sərgilərdə tez-tez görüşmək imkanına malik idilər. B.Franklin bir sıra fransız xadimləri ilə məhz İngiltərədə görüşmüşdü.
Bir qayda olaraq o dövrkü diplomatiya, səfir və yaxud nümayəndə kimi bir neçə nəfəri başqa ölkəyə göndərirdi. Iqtisadi ehtiyatların məhdudluğu üzündən 1775-ci ilin ortalarında ABŞ-dan Avropaya yalnız kontinental konqresin üzvü Saylaz Din göndərilmişdi. Onun başlıca vəzifəsi təkcə Fransada yox, həm də Fransada yerləşən xarici ölkə səfirlikləri ilə iş görməkdən, koloniyaların dəstəklənməsinə nail olmaqdan ibarət idi. S.Din Avropaya B.Franklinin iki məktubunu gətirirdi. Birinci məktub arxitektor Le Ruaya, ikincisi isə həkim Barbe Dübura ünvanlanmışdı. Amerika qitəsində baş verənlərdən məlumatı olan fransız mütləqiyyəti yaranmış imkana fürsət kimi baxsa da İngəltərə ilə münasibəti pozmamaq üçün S.Din rəsmi şəkildə qəbul olunmamışdı.
Lakin Fransa Amerikan koloniyalarında antiingilis əhval-ruhiyyəni düzgün qiymətləndirərək ABŞ-ın dəstəklənməsi üçün lazım olan bir sıra addımları atdı. Ilk növbədə formal şəkildə Amerika ilə ticarət əlaqələrini intensivləşdirmək məqsədi olan saxta «Rodriqo Qortales» ticarət firması təsis olundu. Həmin firmanın vasitəsi ilə qısa müddət ərzində Amerikaya 21 mln. livr dəyərində silah-sursat və hərbi ləvazimat göndərilmişdi. Sonralar C.Vaşinqton Fransanın bu köməyinin Amerikanın müstəqilliyi üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişdi.
Saylas Din duymuşdu ki, «Rodriqo Qortales» firması hökumət tərəfindən dəstəklənir və istiqamətləndirilir. Lakin bu informasiyanı az sonra Fransaya gələn B.Franklinlə bölüşdürməmişdi. Bu ehtiyatlılıq sonralar İngiltərəyə Fransaya birbaşa müharibə etmə bəhanəsi verməmişdi. Ingilis gəmiləri «Rodriqo Qortales» firmasının bütün gəmilərini ya müsadirə edir, ya da batırırdı. Franklinin başçılığı altında 5 nəfərlik missiyanın Avropaya qədəm qoyması və istiqlaliyyət bəyannaməsinin qəbulundan sonra ABŞ-ın rəsmi nümayəndə kimi tanınması böyük əhəmiyyətə malik idi.
Fransadakı İngiltərə səfiri Stormont B.Franklinin Fransaya buraxılmaması haqqında Fransa Xarici İşlər Nazirliyinə məktub təqdim etmişdi. Lakin XİN Şarl de Ferfe Franklinin Parisə daxil olmasını belə motivləşdirmişdi ki, Franklinə Parisə gəlməməsi haqqında məktub göndərilmişdi. Lakin məktub ləngidiyinə görə Franklin Parisə daxil olmuşdu. Fransa kimi maarifçi dövlətin okeanın o tayından gəlmiş nümayəndəni Parisdən çıxarılması “mədəniyyətsizlık olardı” demiş və bununla da İngiltərənin tələbi yerinə yetirilmədi. Franklinin Fransa missiyasında iki məqsəd güdülürdü:
-Fransa ilə iqtisadi və hərbi sahədə ittifaqa nail olmaq.
-Ingiltərə ilə birbaşa danışıqlara nail olması.
İngiltərə ilə silahlı mübarizənin xüsusilə gərgin olan bu dövründə II məqsədə nail olmaq o qədər də asan deyildi. 1777-ci ildə baş vermiş Saratoqi döyüşü mübarizə meydanında çox şeyi dəyişdi. Təkcə ABŞ yox həm də İngiltərədə birbaşa danışıqlara maraq göstərməyə başlanmışdı. Şarl de Verjenin xəfiyyələri franklinin Parisdəki fəaliyyətini diqqətlə izləyirdi. Franklin isə Parisdə yerləşən bütün dövlətlərin səfirlikləri ilə əlaqələrə malik idi. Onun vaxtı iləİngiltərə parlamentinin üzvü olması İngiltərə nümayəndələri ilə olan danışıqlara da imkan yaradırdı.
B.Franklin Bomarşe tərəfindən Şarl de Verjenə təqdim olunsa da xarici işlər naziri onu XVI Lüdovikə təqdim etməyə tələsmirdi. Bu da Franklini fəaliyyət diapazonunu genişləndirməyə vadar edirdi. Franklinin apardığı danışıqları diqqətlə izləyən Deverjen bu danışıqların birbaşa mərhələyə keçməsini gördükdən sonra Fransanı ABŞ-a dəstəyinə diplomatik status vermək qərarına gəldi. Çünki, Deverjenin danışıqları uzatması İngiltərə ilə birbaşa əlaqələrin yaradılmasına bununla da vasitəçilikdən götürəcəyi dividentləri əngəlləməsinə səbəb ola bilərdi.
Əslind əİngiltərə XI əsrdən sonrakı tarix boyu ilk dəfə Avropa dövlətlərinin diplomatik mühasirəsi ilə qarşılaşdı. İstiqlaliyyət bəyannaməsinin elan olunmasına münasibətdə kontinental konqresdə ciddi ziddiyyət yarandı. Konqresin çoxluğu bilirdi ki, müstəqilliyin elan olunması Avropa dövlətləri tərəfindən qəbul olunmayacaq. Lakin ayrı-ayrı siyasi xadimlər İngiltərəyə qarşı Avropa dövlətlərinin mənfi münasibətini əsas götürərək istiqlaliyyətin elan olunmasını tələb edirdilər. Nə Saylas Din, nə də Franklin və onunla birlikdə gələn nümayəndə heyəti heç bir rəsmi sənəd göstərməmişdilər. Franklin isə yalnız istiqlaliyyət bəyannaməsi elan olunandan sonra rəsmi olaraq öz etimadnaməsini təqdim etmişdi.İngiltərənin beyməlxalq aləmdən təcrid olunması
Təsadüfi deyil ki, Rusiyadakı ABŞ nümayəndələri 1815-ci ilə qədər rus çarına audensiya əldə edə bilməmişdilər. Istiqlaliyyət müharibəsindəki uğursuzluqlarına baxmayaraq İngilis donanması dənizlərdə hegemonluğu saxlayırdı və cox vaxt Avropa dövlətlərinin ticarət gəmiləri bundan ziyan çəkirdi. Rodriqo Qonsales firmasının gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Fransa müdafiə tədbirləri görmüş və bu məqsədlə 8 hərbi gəmi ayrılmışdı. Ispaniya və Hollandiyanı İngiltərəyə qarşı təhrik edən başlıca səbəb hər iki ölkəyə məxsus ticarət gəmilərinin daha çox zərər çəkməsi idi.
Rusiyada yaranmış vəziyyət diqqətlə təhlil edildikdən sonra İngiltərə kralı III Georqun məktublarına baxmayaraq Rusiya dənizlərdə və okeanlarda naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün müdafiə tədbirlərinin görülməsi zərurətini Avropa dövlətlərinin və İngiltərənin nəzərinə çatdırdı. 1780-ci ildə Rusiyada bitərəflik bəyannaməsi meydana gəlmişdi. Üç mühüm şərti nəzərdə tuturdu.
-Hərbi əməliyyatlara qoşulmayan bitərəf dövlətlərin gəmiləri hərbi əməliyyatların getdiyi dövrlər istisns olunmaqla bütün limanlara maneyəsiz daxil ola bilərdi.
-Bu gəmilərdə kontrabandadan başqa hər cür mal daşına bilərdi.
-Bitərəf dövlətlərin gəmilərinin təhlükəsizliyi təmin olunmalı idi.
Təsadüfü deyil idi ki, 1780-83-cü illərdə bütün Avropa dövlətləri bəyannamənin şərtlərini qəbul etmiş və bu zəmində silahlı bitərəflik liqası adlanan bütün Avropa dövlətlərini birləşdirən cəmiyyət yaranmışdı. Bununla da İngiltərənin beynəlxalq aləmdən tam təcrid olunması başa çatmışdı. Artıq 1778-ci ildən etibarən İngiltərənin sülh danışıqlarına meyilli olması aydın şəkildə görünürdü.
Fransadakı İngiltərə səfiri Starmont Parisi tərk etdikdən sonra İngiltərə ilə ABŞ arasında diplomatik danışıqlar üçün Hollandiya və Rusiya seçilsədə Franklinin müqaviməti üzündən bu ideya reallaşa bilmədi.
Franklin hesab edirdi ki, İngiltərə ilə sülh müqaviləsi yalnız Fransanın vasitəsi ilə bağlanmalı idi. Gənc amerikan diplomatiyası daha çevik fəaliyyətə meyilli idi.
Təsadüfi deyildi ki, İngiltərə ilə danışıqlar sonralar xəyanətkar olması məlum olan Eduard Bankroft tərəfindən aparılmalı idi. Sonra bu işi Con Cey reallaşdırdı. ABŞ gələcək gərginliklərə yol verməmək üçün yalnız istiqlaliyyətin tanınması və İngiltərə ilə normal münasibətlərin yaranmasını şərt kimi irəli sürürdü. 1783cü il Paris müqaviləsinin I bəndi də məhz bundan ibarət idi. Ingiltərə Amerika koloniyalarının istiqlaliyyətini tanıyırdı. Müqavilənin sonrakı bəndlərində ticarət, iqtisadiyyat sahəsində münasibətlər qaydaya salınır, siyasi baxımdan aktual olan bir sıra məsələlər nizamlanırdı.
Məlum olduğu kimi, 1778-ci il müqaviləsinəəsasən Fransa ilə müttəfiqlik münasibətləri quran ABŞ Fransaya qarşı Avropa dövlətlərinin koalisiyasına qarşı mübarizədə iştirak etməli idi. Buna isə Amerikanın nə hərbi, nə də iqtisadi gücü çatmırdı.
Belə bir şəraitdən çıxmaq üçün 1791-ci ildə ABŞ-ın bitərəfliyi ilə bağlı ilk sənəd meydana gəldi. 1793cü il bəyannaməsi isə həmin bitərəfliyə hüquqi status verdi. Təsadüfü deyil ki, Fransa inqilabının nümayəndəsi Edmond Jenenenin ABŞ missiyası məhz bununla əlaqədar olaraq uğursuzluqla nəticələnmişdi. ABŞ-ın götürdüyü siyasi kurs XIX əsrin 20-ci illərində Monro doktirinası ilə təsbit olundu və ABŞ bu strateji kursa 1939-cu ilin 14 noyabrına qədər sadiq qaldı. Monro doktrinası ilk dəfə olaraq dünyanın iki sistemə bölünməsini bəyan edirdi. “Panamerikanizm, Amerika amerikalılar üçün” şüarları və Amerikaarası konfranslar ideyası formalaşmış, Amerika dövlət təşkilatı II dünya müharibəsindən sonra buna əsasən yaradılmışdı.
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009