Alimin oğlu bir kisə soğanı özü ilə niyə gəzdirirdi?

Alimin oğlu bir kisə soğanı özü ilə niyə gəzdirirdi?

Bir gün müdrik bir alim övladına deyir: “Sabah özünlə bir kisə götür və onun içərisinə sevmədiyin insanların sayı qədər soğan qoy”.
Sabahı gün oğlu bu işi görür. Atası ona deyir: “Hara getsən, bu kisəni də özünlə apar”. Oğlu bu işdən bir neçə gün sonra yorulur və atasına şikayət edir ki, soğanlar xarab olmuş və pis iy verməkdədir. Onun iyi mənə əziyyət verir.
 
bir kisə soğan
Alim deyir: “Bu, ona bənzəyir ki, sən qəlbində başqalarının kinini saxlayırsan. Bu kin sənin qəlbini və ruhunu xarab edər. Hamıdan çox özün bundan əziyyət çəkərsən.
Ona görə də heç kəsin kinini qəlbinə alma. Həmişə mehriban ol. Hətta əgər heç kəs sənin bu mehribanlığının qədrini bilməsə də belə.
Bu, sənin fitrətinə qoyulmuşdur. Sənin elə Allahın vardır ki, hamıdan çox bu işi islah edəcəkdir”. (Həvzəh)

Mənbə: Deyerler.org
 
 
Top