Sual 1:
Gecə namazı necə qılınır?
Cavab:
Gecə namazı belə qılınır:1) Səkkiz rükət sübh namazı kimi ( iki rükət-iki rükət) “gecə namazı” niyyəti ilə qılınır.
2) Sonra iki rükət namaz “Şəfı” niyyəti ilə (qunutsuz) qılınır.
3) Sonra daha bir rükət də “Vitr” namazı niyyəti ilə qılınır. Bəzi alimlərə görə müstəhəbdir ki, vitr namazının qunutunda insan qırx mömin üçün dua etsin və onların bağışlanmasını Allahdan istəsin və desin: ”Allahumməğfirli filan...”.
Daha sonra öz istəyini Allah-taaladan istəsin və sonra yetmiş dəfə “əstəğfirullahi rəbbi və ətubu iləyh” desin.
Sonra da yeddi dəfə “Haza məqamul-aizi bikə minənnar” desin.
Daha sonra 300 dəfə “əl-əfv” desin.
Sonra rüku və səcdələr yerinə yetirilir və namaz tamam olur.
Sual 2:
Gecə namazını nə vaxt qılmaq lazımdır? Bu namazı gecə yarı olmamış qılmaq olarmı?
Cavab:
Gecə namazının vaxtı gecənin əvvəlindən (məsələn, şam və işa namazlarından sonra) başlayaraq sübh namazına qədər davam edir. Baxmayaraq ki, sübh namazına nə qədər yaxın olsa, bir o qədər yaxşıdır.
Sual 3 :
Gecə namazını ən az və on çox neçə rükət qılmaq olar?
Cavab:
Ən azı bir rükət, yəni Vitr namazıdır. Ən çoxu isə 11 rükətdir. Ən azı bir rükət, yəni Vitr namazıdır. Ən çoxu isə 11 rükətdir.
Mənbə : sistani.org