Gənclik insan həyatının ən dəyərli illəridir.Gənclikdə edilən bir çox səhvlər bəzən bütün ömrü boyu insan həyatına öz təsirini göstərir. Təbii ki,bu səhvlərin çoxu istəmədən olur. İnsan nə qədər çalışsa da etdiyi səhvlərdən, peşimançılıqlardan qaça bilmir. Düşünürəm ki, aşağıda qeyd edilənlər gənclik həyatındakı səhvlərdən uzaqlaşmağa az da olsa bizlərə kömək edəcəkdir.
- Necə yaradıldığını və səni kimin yaratdığını düşün.
- Varlığını dərk et və həyatda olan məqsədini bil.
- Dünya həyatının qısalığını anla.
- Ölümün gerçəkliyini qəbul et.
- Ölümün yaşının olmadığını bil və gəncliyinə güvənmə.
- Ölümdən sonrasında nə olacağını düşün.
- Sənə verilən ömrü necə dəyərləndirəcəyini düşün.
- Dinini öyrən.
- Dini və insani məsuliyyətlərinin olduğunu bil.
- İbadətlərini ürəkdən və dəqiq et.
- Dua et.
- Sadəcə özün üçün deyil bütün insanlar üçün dua et.
- Tövbə et.
- Günahlarından peşmanlıq duy.
- Əxlaqlı və xeyirli ol.
- Ağlını işlət.
- İxlaslı ol.
- Güvəniləcək biri ol.
- Fədakar ol.
- Çalışqan ol.
- Öldürmə.
- Oğurlama.
- Faiz yemə.
- Yalan və hiylədən uzaq ol.
- Şərəfli ol.
- Qiybət etmə.
- İnsanların qüsurlarını axtarma.
- Gözəlliyi düşüncədə axtar.
- Kiminsə səhvlərini bağışlamağı bacar.
- Haqqı və ədaləti qoru.
- İnsaflı ol.
- Şahidlikdən qaçma.
- Çirkin işlərdən və pisliklərdən uzaq ol.
- Nəfsinə hakim ol.
- Namuslu ol.
- Həya sahibi ol.
- Təvazökar ol.
- Gözəl düşünüb,gözəl davran.
- Halal və haramı qarışdırma.
- Boş,mənasız söz və davranışlardan uzaq ol.
- Xeyirli işlərdə yarış.
- Gözəl söz danış.
- Gülərüzlü ol.
- Xeyiri,yaxşını və gözəli tövsiyyə et.
- Sev.
- Sevil.
- Kinli olma.
- Üzr istəyinin üzrünü qəbul et.
- Hirslənmə.
- Özünlə öyünmə.
- Bağışlamağı bacar
-Şəfqətli ol.
- Barışmağ üstün tut.
- Həyatdakı gözəllikləri gör.
- Səbrli ol.
- Təvəkkül et.
- Qənaətcil ol.
- Sözündə sadiq ol.
- Dünya həyatının ötəri olan zövqlərinə qapılma.
- Yetimi,kimsəsizi, ehtiyac sahibini qoru.
- Etdiyin yaxşılıqları üzə vurma.
- Ehtiyacın olanda da malından xeyir yolunda xərclə.
- Comərd ol.
- Paylaşmağı bacar.
- Kömək etməyi bacar.
- Cəsur ol.
- Tədbirli ol.
- İsraf etmə.
- Ailəni və qohumlarını qoru.
- Qonşularınla yaxşı münasibət qur.
- Qədir-qiymət bil.
- Vəfalı ol.
- Dininə,vətəninə,millətinə xeyirli birisi ol.
- Özünü inkişaf etdir.
- İnsani məsələlərdə ədalətli ol.
- Müsəlman qardaşlarının dərdini özünə dərd et.
- Sadəcə özün üçün deyil bütün insalıq üçün faydalı işlər etməyə çalış.
- Varlığı əbədi olan,hər cür tərifə layiq olan, tayı və bənzəri olmayan, mülk və idarəçiliyin sahibi olan, hər şeyə gücü çatan, yaradan və var edən, Rəhman və Rəhim olan ,günhaları bağışlayan və tövbələri qəbul edən, hər şeyi lazımınca bilən, hər şeyi lazımınca görən və eşidən, hər şeyi tam nəzarətində saxlayan, mərhəmət və lütfü sonsuz olan, yaşamağa əlverişlı bir dünya və içində çeşid-çeşid canlılar yaradan, hər sabah yeni bir gün yaradan və səni yaşadan, görməni eşitməni və hiss etməni nəsib edən, yeriyən ayaqlarını,iş görən əllərini yaradan, sığınacaq bir yuva, Yeyib-içiləcək ruzilər verən, xəstələnəndə sənə şəfa verən, dərdin olanda dəva verən, dualarına qarşılıq verərək qulu üçün ən xeyirlisini diləyən, yaxşı ilə pisi ayıracaq ağıl verən, sevməyi, sevilməyi bacaran qəlb verən RƏBBİNƏ ŞÜKR ET!