Əgər…

Əgər…

Əgər qazandığın pulun bir hissəsini bəşəriyyətin gələcəyi naminə  xərcləyə bilsən, xərclədiyini unutsan  və hətta bunu unutduğunu da unuda bilsən;

Əgər uğursuzluğa düçar olduqda yenidən işə girişə bilsən və bu uğursuzluqların əhatəsində qalmağı öz uğurun kimi qəbul edə bilsən;
Əgər öz-özünə: “Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı”, – deyərək yalnız iradənə söykənə bilsən;
Əgər kor insanların nəzarəti altında belə məqsədlərindən uzaqlaşmamaq üçün hərəkətsiz qala bilsən; 
Əgər günahkar axtarmaq əvəzinə nəticəyə aparacaq yolları axtara bilsən;
Əgər özündən sonra yaxşı bir iz qoymağı bacara bilsən;
Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə “yaradılanı Yaradandan ötrü sevə bilsən”;
Əgər maddiyyatı bir tərəfə qoyub insanların qəlbinə girmək üçün yollar axtarsan və bunu həyatının qayəsi edə bilsən;
Əgər təlaş içinə düşənlərin arasında özünü itirməyib onlara yol göstərə bilsən;
Əgər səbr etməyi bacarsan və daim səbr etsən: haqqında yalan söyləsələr belə, sən onlara qulaqlarını bağlasan, sənə nifrət etdiklərini
bildirsələr belə, sən onlara göz yuma bilsən;
Əgər itaəti müdirinin qapısı ağzında boynubükük dayanmaq yox, ona hər zaman sədaqətli olmaq kimi anlaya bilsən;
Əgər “insan olmaq nə qədər çətindir” həqiqətini dərk edə bilsən;
Əgər sən özünə inansan və sənə inanmayanları da haqlı saya bilsən;
Əgər düşmənlərin, hətta dostların belə səni incitdikləri zaman “döyənə əlsiz, söyənə dilsiz, lazım gəlsə könülsüz” cavabını verə bilsən;
Əgər “xəyal dənizində gəmi batmaz” deyə düşünərək xəyallara dalsan və səhv yola düşməkdən yayına bilsən;
Əgər olduğun kimi görünə bilsən və ya göründüyün kimi ola bilsən;
Əgər qələbə və məğlubiyyətlərə eyni münasibət göstərə bilsən və bir ömürlük zəhmətin belə puç edildiyi zaman hər şeyə yenidən başlaya
bilsən;
Və əgər bir daha geri dönməyəcək dəqiqələrin hər bir saniyəsinin haqqını layiqincə verə bilsən;
Yer üzü və üstündəkilər sənin olar!
Sən özün də ideal bir insan olarsan!
Top