Aşağıdakı cavabları oxumadan öncə şəkillərə baxıb düşünün.
«B bəndini seçmisinizsə, təbriklər! Doğru cavabı tapmısınız.
Düz kənarı olan tək şəkil B variantıdı.
Əminəm, bəziləriniz C bəndini seçib.
Çünki digərləri içərisində asimmetrik olan təkcə odu.
C də doğru cavabdı.
Oxşar vəziyyət A variantına da aiddi:
Küncü olmayan tək fiqur odu. Buna görə A da doğru cavabdı.
Bəs D variantı necə? Həm düz, həm də maili bir kənarı var.Bu özəllik ancaq D variantında var. Deməli D variantı da doğrudu.
Sadaladığımız spesifik özəlliklər E variantına da aiddi. Bu variantı da doğru cavab hesab etmək olar.
Əlbəttə, bu cür həndəsi sualı məktəbdə görə bilmərik.
Təhsil sistemimiz insanlara nəyin doğru cavab olduğunu öyrətməklə məşğuldu.
Təkcə bir variantın doğru cavab olduğu yanaşması beynimizin ən dərin yerlərinə kimi işləmişdir. „Bəli, ancaq bir variant düz olmalıdı.“
Ama real həyat onu göstərir ki,əslində hər zaman belə deyil. Axtardığımız şeydən asılı olaraq doğru olan bir neçə cavab ola bilər.
Ancaq tək bir doğru cavab olduğunu düşünsəniz, bir dənə tapdığınız anda axtarışı dayandırarsınız. » Roger von Oech
Elə ondandır ki, körpə olan beyinlərimiz hələ məktəb illərindən, müəllimlərimizin "ƏMƏYİ" sayəsində təkcə bir doğru cavab axtarışında olduğundan yaradıcılıq və təxəyyül qabiliyyətlərini itirir.
Albert Szent — György bu haqda çox gözəl bir fraza deyib: «Yaradıcılıq qabiliyyəti — Hər kəslə eyni yerə baxıb fərqli bir şeyi düşünməyi bacarmaqdır.»