Deməli günlərin bir günü bir biznesmen var idi. Bunun işi heç getirmirdi. Kreditin içində batırdı, bunun tədarükçüləri pullarını tələb edirdilər. Bir gün o parkda oturub, başını əllərinin arasına alıb, nece bankrot olmayacagının yollarını düşünürdü........
Müəllif: Master_Hüseynov
Birdən, heç yerdən olmayan kimi, 1 yaşlı kişi buna yaxınlaşır... "Oğlum, səni ne isə narahat edir, danış mənə ürəyindəkiləri" dedi o yaşlı. :
Biznesmenin sözlərini dinlədikdən sonra, qoca, "Mənə elə gəlir ki, mən sənə kömək edə bilərəm.."
Yaşlı, bu kişinin adını soruşub, çekin üstünə yazir. Çeki uzadıb, "Al bunu. Mənimlə düz 1 il sonra burada görüş. Bu borcumu qaytararsan o zaman", dedi və çönüb getdi. Biznesmen əlini açınca, $500,000 məbləğində çek gördü. Yaşlının adı isə, John D. ROCKEFELLER...
Biznesmenin sevincinin həddi- hüdudu yox idi. Bütün problemlərini həll etmiş ola bilərdi.
Yeni optimizmlə biznesmen yeni işlərə başlayır, yeni sazişlər imzalayır və yenidən, çoxlu pul qazanmaga başlayır.
Düz 1 ildən sonra, biznesmen istifadə etmədiyi çek ile parkda gözləyirdi. Bir xeylaq zamandan sonra, həmən yaşlı qoca buna yaxınlaşdı. Biznesmen istifadə olunmamış çeki bu kişiyə uzadıb bütün 1 illik əhvalatını danışmaq istəyən zaman, haradansa tibb bacısı qacıb gəlir və yaşlı kişinin qolundan yapışır...
"Nə yaxşı ki, mən səni tutdum", qocaya deyir. Sonra üzünü biznesmenə cevirir: "Üzr istəyirəm, güman edirəm sizi narahat etmədi. Bilirsinizmi, bu yaşlı kişi tez-tez qocalar evindən qaçır və hamıya deyir ki, o John Rockefellerdir..." Və tibb bacısı yaşlı kişini özü ilə aparır...
Biznesmen gözlərinə inanmırdı. Yerində donub qalmışdı. BÜTÜN İL BOYU, BÜTÜN İŞLƏRİ GÖRƏNDƏ, ALIŞ- VERİŞ EDƏNDƏ, ARXAYIN İDİKİ, ARXASINDA $500,000-in OLDUGUNU BİLİRDİ...
Və qəfildən, o hər şeyi anladı... onun həyatını yaxşıya çevirən, doğru, və ya yalançı pul deyildi. Onun həyatını yenilədən, özündə yenidən tapılmış İNAM idi.
ÖZÜNÜZƏ İNAMINIZ NƏ QƏDƏR ÇOX OLSA, BİR O QƏDƏR GÜCLÜ OLUB, İSTƏDİYİNİZƏ NAIL OLMUŞ OLARSINIZ... !!!