Qarğıdalı və qarğıdalı saçağı çayının faydaları

Qarğıdalı və qarğıdalı saçağı çayının faydaları

İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər. Qarğıdalı 18.3 % lifdən ibarətdir. Bu tərəvəzin tərkibində zülal, kalsium, dəmir, fosfor, A və B2 vitaminləri var. Nişastası son dərəcə zəngin olan bu bitki ağ, sarı, qırmızı rənglərdə olur. Qeyd edək ki, vətəni Mərkəzi Amerika olan qarğıdalı ilk dəfə Kristofor  Kolumb tərəfindən kəşf edilərək Avropaya gətirilib, oradan da bütün qitələrə yayılıb.100 qramında 345 kalori olan bu tərəvəz amin turşusu, həmçinin lipid, protit və qlosit turşuları baxımından da çox zəngindir.
Qarğıdalı
FAYDALARI:
  • İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər.
  • Ağciyər xərçəngi riskini, stressi azaldır və enerji verir.
  • Ürək xəstəlikləri üçün çox yararlıdır
  • Böyrəyin funksiyalarını yaxşılaşdırır
  • Qarğıdalıda olan liflər,qanda şəkərin miqdarını stabilləşdirir
  • Bununla bərabər qarğıdalının saçağı qaynadılıb içilərsə bir çox x əstəliklərin şəfası olar.
ZƏRƏRİ:
Qarğıdalı çox faydal bir qidadır. Lakin, həzm olunması bir az çətindir. Qəbzlikdən əziyyət çəkənlərin yeməməyi məsləhətdir.
Qeyd: Qarğıdalı təzə halda meyvəsi suda qaynadılaraq və ya qızardılaraq yeyilə bilər.

Min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz faydaları var:
Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə hazırlayın.
Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.
Yel ağrılarına yaxşı təsir edir.
Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən arıqlamağa yardım edir.
Sidikqovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsinin qarşısını alır.
Qarğıdalı saçağı çayının faydaları
Qarğıdalı saçağı çayı necə dəmlənir?
Qarğıdalı saçağı çayı hazırlamaq üçün öncə seçilən qotazları xırda doğrayın və qaynayan suyun içinə atın. Çayı hazırladıqda qotazları su ilə birlikdə qaynatmayın. Suyun içinə atılan qarğıdalı saçaqları 10 -15 dəqiqə qapağı örtülü dəmlənir və süzülüb içilir. Çay üçün istifadə edilən ölçü: 1 stəkan suya xırda doğranmış 2 çay qaşığı saçaq
Eyni zamanda qarğıdalı saçağı çayının arıqlatmaq xüsusiyyəti var. Bunun üçün gilas saplağını qarğıdalı saçağı ilə birlikdə qaynadın.
 
 
Mənbə: yenicag.az
Top