Orqanizmin təməl qida maddələri ehtiyacını qarşılamaqdan əlavə insan fiziologiyası və metabolik funksiyaları üzərində də əlavə faydalar təmin edən, xəstəliklərdən qorunmağa və daha sağlam həyat yaşamağa kömək olan qidalara, yəni funksional qidalara ehtiyacı vardır. Sizə təqdim edəcəyim bu qarışım da saymaqla bitməyən faydaya malik funksional bir qidadır. Deməli, 2 stəkan su götürürük və bura yarım stəkan zəyərək əlavə edirik. Yaxşı olar ki, öncədən zəyərək toxumlarını yaxşı yuyasınız. Yayda toxumları suda 1 gün yarım, qışda isə 2 gün saxlayırıq.
Daha sonra qabığı və tumu təmizlənmiş 10 ədəd xurmanı həmin suya əlavə edərək bütün qarışımı blenderden keçiririk. Çox gözəl dadı olduğu qədər də faydası vardır: həm zəyərəyin, həm də xurmanın tərkibində olan bütün komponentlər, xüsusilə də kalsium suyun tərkibinə keçir. Qarışımın ph (yəni qələvi) göstəricisi adi suya nisbətən 20 qat qələvidir. Qarışım yaxşı bir omega — 3 qaynağıdır. Qarışım gözlər, beyin qan dövranı, qaraciyər, qəbizlik, piylənmə, qan azlığı, dəri xəstəlikləri, sistem xəstəlikləri, xərçəngin bütün növləri üçün olduqca xeyirli bir vasitədir. Hətta xərçəngdən qorunmaq üçün ən faydalı qida vasitələrindən biridir, əsasən də yoğun bağırsaq xərçəngi riskini azaldır. Dəri xəstəlikləri və saçları tökülməkdə olan insanlara da bu qarışımı mütəmadi qəbul etməyi məsləhət görərdim. Zəyərək toxumu və xurma yaxşı bir lif qaynağı olduğu üçün qarışım həm də bağırsaqlara yumuşaldıcı təsir göstərir. Qarışımdan gündə 2 dəfə — səhər və axşam yeməklərindən 1 saat əvvəl olmaqla 1 stəkan qəbul edilir. 1 ay qəbul olunduqdan sonra, zəyərəyi yulafla əvəz edə bilərsiniz. Və beləcə növbəli şəkildə 4 ay qəbul olunur.
Mənbə: fizulihuseynov.com