Hər bir insanın müxtəlif zamanlarda bədəninin müxtəlif yerlərində ağrılar olur və bu ağrılardan qurtarmaq üçün müxtəlif vasitələr axtarır. Bəzən hər ağrıya görə kimyəvi dərman içərkən də bir problem olur, kələm yarpağı ilə ağrıların aradan qaldırılması isə ziyansız və çox ucuz başa gəlir, məsələn ağrı nahiyyəsinə kələm bükülür (yaxşı olar ki, kələmin qalın hissələri soyulsun) axşamdan səhərə qədər, səhər açılır atılır.
Bütün oynaq ağrılarında bu üsuldan istifadə edə bilərsiniz,
bəzən xanımlarda adət vaxtlarında süd vəzilərində əmələ gələn ağrılar zamanı da vəzin üstünə axşamdan səhərə qədər kələm yarpağı bükə bilərsiniz. Bəzi hallarda kələm yarpağı ağrını tam götürə bilmir onda belə edin bıçağın ucu ilə yarpaqları çox yerdən deşin və üstünə bal yaxıb ağrı olan yerə bükün bunu da axşamdan səhərə qədər saxlaya bilərsiniz, bəzi hallarda bu da az təsir edir məsələn, güclü bel ağrılarında 100 qram bala 1 xörək qaşığı darçın tozu qarışdırıb kələm yarpağına sürtüb ağrı nahiyyəsinə bükün, bütün hallarda kələm yarpağının üstünə salafan bağlamayın sadəcə pambıq parça ilə bağlamaq kifayətdir. Boyümüş limfa vəzilərinin və zob düyünlərinin də üstünə kələm yarpağı bağlamaq faydalıdır.
Mənbə:fizulihuseynov.com