Quş ödü ilə öd daşı əleyhinə çarə

Quş ödü ilə öd daşı əleyhinə çarə

Öd daşı əleyhinə paylaşmalarım olsa da bu da faydalı bir reseptdir. Bu resept təbiətdə quşların qumları yedikdən sonra həmin qumları çilədanlarında əritməsindən götürülmüşdür. Məlum olmuşdur ki, quşlar yeməklə bərabər kiçik daşlar və qum yeyirlər, quşların həzm sistemi isə bu qumları əridir və qidanın yaxşı həzm olusmasına yardımçı olur. Bəs daşların əridilməsi necə baş verir? Deməli quşlar yedikdən sonra öd ifrazı çoxalır, quş ödü ilə öd daşı əleyhinə çarəquşların öd tərkibləri ilə heyvanların öd tərkibləri müxtəlifdir, quşların ödü daşların daha rahat əridilməsinə şərait yaradır, sonra isə quşların çilədanlarında (pətənək) güclü əzələ qatı və istehsal etdikləri maddələr daşlarla qidanı bir-birinə sürtür, sonra isə daşlarda əriyərək qidaya qarışır və həzm olunur. Bütün bu mükəmməl sistemdən istifadə edərək bizlər də öd və bağırsaq daşlarımızdan rahatca yaxa qurtara bilərik.Belə etmək lazımdır: ördək, qaz və ya hinduşqa hansından olsa fərqi yoxdur, ödlərini 100-150 qram şüşə bir qaba yığın (çalışın qab qara rəngdə olsun, tapmasanız şəffaf şüşəyə kağız dolaya bilərsiniz.) soyuducuya qoyun, yemək yedikdən sonra 3-4 çay qaşığı öddən götürüb yarım stekan suya qarışdırıb için.
Quşların pətənəklərindəki maddələrdən yararlanmaq üçün isə toyuq və ya hinduşka pətənəklərinin iç sarı pərdəsini kəsib əzələ qatından ayırın, sonra bu pərdələri qurudub toz formasına salın, deməli 100 qram tozu 250 qram zeytun yağına (rafinə olunmamış olsun) qarışdırıb şüşə qaba qoyun, hər yeməkdən əvvəl bir çay qaşığı bu yağdan içmək lazımdır, istifadədən əvvəl qarışdırmaq lazımdır.

Müəllif: Fizuli Hüseynov
Top