Öskürək və göy öskürək əleyhinə çarə

Öskürək və göy öskürək əleyhinə çarə

Öskürək əleyhinə bir neçə yazılarım olsada bu üsul da həm faydalı, həm də asan başa gələn bir reseptdir. Deməli 6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır, ilıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan süd götürülür 1 çay qaşığı bal 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır yeməkdən 1 saat əvvəl 1 stəkan içilir, əgər bu qarışımı səhər içirsinizsə 2-ci stəkanı günorta içməlisiniz və ya günorta içirsinizsə 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir. Öskürəyin müalicəsi

5-10 yaşlı uşaqlar gündə 1 stəkan 5 yaşdan kiçik uşaqlar isə yarım stəkan içə bilərlər. Xatırladım ki, qarışım öskürək əleyhinə çox təsirli bir vasitədir, qarışım immun sistemin gücləndirilməsi üçündə yaxşı vasitədir.
Başqa bir resept :
  • Təbii bal
  • Hindistan qozu yağı
  • 1 çay qaşığı unSalfet və ya bez
Unu və balı qarışdırın. Hindistan qozu yağını ilıq halda qarışıma əlavə edin. Qarışımı üzərinə tökün və sinənizə yapışdırın.
Yetişkin insanlar bal sarğısını gecə yatarkən yapışdırıb səhərə qədər gözlətməlidir. Uşaqlar isə yatmazdan bir neçə saat əvvəl yapışdırmalı və yatarkən çıxartmalıdır.
Öskürəyiniz keçənə qədər hər gecə bu üsulu tətbiq edin.
Hər ehtimala qarşı həkimlə məsləhətləşməyi unutmayın.

Müəllif: Fizuli Hüseynov
Mənbə: fizulihuseynov.com, metbuat.az
Top