Hazırda ağciyərləri, bronxları təmiz insan tapmaq çətindir. Ağciyərlər təmiz olmadıqda, orqanlara təmiz oksigen az və gec çatır, insan öskürür, halsız olur.
Cəmi 3 ərzaqdan hazırlanan, ağciyərləri təmizləyən, öskürəyi kəsən, eləcə də immuniteti qaldıran, damarları təmizləyən təbii siropu özünüz evdə hazırlaya bilərsiniz.
Lazımdır:
Kök – 500 qr
Bal – 4 xörək qaşığı
Su – 3 st.
Hazırlanma qaydası:
Kökü təmizləyib, orta kub formasında doğrayıb, qazanda üzərində 3 stəkan su alaraq, orta odda bişirin. Elə isti-isti əzib, qatı püre halına salın. Bura təmiz bal əlavə edib, qarışdırın. Şüşə bankaya yığıb, sərin yerdə saxlaya bilərsiz.
Hər gün 2 dəfə hər dəfə 2-3 xörək qaşığı qəbul edin.
medicina.az