Amosov pastası

Amosov pastası


Akademik Amosovun tərtib etdiyi və əməliyyat etdiyi xəstələrinə verdiyi bu pasta orqanizmin xəstəlik və əməliyyatlardan sonra tez özünə gəlməsi üçün effektivdir. Bu pastanı hər kəs qəbul edə bilər, faydası hədsiz çoxdur. 

500 qr kişmiş, 500 qr qaysı qurusu, qara gavalı, əncir qurusu, qoz ləpəsi və 1 ədəd limon. Hamısı ətçəkəndən keçirilir. Bura 500 qr təmiz bal qatılıb qarışdırılır, bankaya yığılır. Bol vitamin və mikroelement mənbəyi olan bu məcundan gündə 1 xörək qaşığı qəbul edin.
Top