Zəhmət + həvəs + ağıl

Zəhmət + həvəs + ağıl

rolls royceNyu Yorkda bir bankın qarşısında son model bir «Rolls Roys» dayandı. «Rolls Roys»dan düşən bir adam sürətli addımlarla banka girdi. Adam çox təcili bir iş üçün Avropaya getməli və buna görə də, bir həftəlik beş min dollar kredit almalı idi. Buna görə də, ilk işi bir müştəri təmsilçisinin qarşısında oturmaq oldu. Müştəri təmsilçisi adamın sənədlərini aldı və qısa bir «araşdırma» apardıqdan sonra:

-Bütün sənədlərinizi nəzərdən keçirdim. Bu krediti almaq üçün heç bir probleminiz yoxdur, — dedi.

Bir qədər susduqdan sonra isə əlavə etdi:

-Ancaq bir məsələ var. Bizim bankla əvvəllər heç əməkdaşlıq etməmisiniz. Yəni bir bank kimi sizi rəsmi olaraq tanımırıq. Buna görə də, kredit vermək üçün əvəzində sizdən bir təminat almalıyıq...

Adam cibindən  «Rolls Roys»unun açarını çıxardı və bankın müştəri təmsilçisinə uzadaraq:

— Çox tələsirəm, təyyarəyə çatmalıyam. Qapıdakı  «Rolls Roys»umu təminat ala bilərsiniz, — dedi.

Kredit əməliyyatları cox sürətlə tamamlandı. Sonra adamın  «Rolls Roys»unu bankın qarajına çəkdilər, adama isə beş min dollarlıq kreditini verdilər. Ancaq bu hadisə müştəri təmsilçisini çox maraqlandırdı və çox keçməmiş yeni müştərisinin həm çox böyük iş adamı, həm də çox böyük bir var-dövlət sahibi olduğunu öyrəndi. İndi onun marağı birə-beş artmışdı...

Bir həftə sonra adam yenidən gəldi və bankın borcu olan beş min dolları və bir də bankın sənəd xərcləri olan on dolları ödədi. Ancaq müştəri təmsilçisi heç cür marağına qalib gələ bilmirdi və elə bu marağının təsiri ilə də ondan:

— Sizin həm çox böyük iş adamı, həm də çox böyük bir var-dövlətiniz olduğunu öyrəndim. Ancaq zəhmət olmasa deyin, sizin üçün çox kiçik bir məbləğ olan beş min dollara niyə ehtiyac hiss etdiniz? — deyə soruşdu.

Adam gülümsədi və:

-Elə isə siz zəhmət olmasa deyin.Belə bahalı bir avtomobili Nyu Yorkun hansı qarajında bir həftəsi on dollara saxlaya bilərsiniz, — deyə cavab verdi...

P.S. Bir şeyə nail olmaq üçün təkcə zəhmət və həvəs əsas deyil, ağıl da əsasdır...

 

Ailəm jurnalı

Top