Hil toxumunun faydaları

Hil toxumunun faydaları

Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz. Hil çox qeyri-adi ətrə malik bir toxumdur.

Bir dəfə İraqdan olan həmişə ərəb ölkələrində diplomat kimi çalışmış ziyalı bir insanla söhbət edirdim, hil haqqında mənə çox maraqlı məsələ söylədi. Deməli, Osmanlı dövründə Yəməndə taun epidemiyası başlayır, insanlar qarışqa kimi qırılır, epidemiyanın qarşısını almaq üçün Osmanlı sultanı əmr edir ki, harda taunlu xəstə görsəniz hamısını bir kəndə yığın və bu insanlara ciddi nəzarət edin ki, kənddən kənara çıxaraq epidemiyanı yaymasınlar. Kənddə yaşayan xəstə insanlara isə başqa bir yerdən gətirilmiş 2 nəfər ərəb nəzarətçi təyin edilir.

Deməli bir müddət sonra demək olar kənddə adam qalmır, hamısı ölür, amma bu iki adam sağ-salamat yaşamağa davam edir, bu insanların həyatı ilə, yediyi və içdikləri maraqlanan Osmanlı əsgərləri görürlər ki, bu insanlar hər gündə bir neçə dəfə 10-15 ədəd hili əzib bir stəkan kofeyə qarışdıraraq içirlər, bu qarışım taun kimi ağır bir yolxucu xəstəliyi özlərindən kənar tutmuşdur. Bundan sonra bütün Yəməndə bu içki geniş tətbiq edilmiş və qısa bir vaxtda xəstəlik epidemiyası aradan qalxmışdır.

Hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir, bizim üçün daha rahat üsul içdiyimiz çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləmək lazımdır. Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa (buna tibbdə ezofaqit deyilir) ən yaxşı üsullarda biri hil çayının içilməsidir. Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır. Hil çayı köpü aradan götürmək üçündə çox faydalıdır. Əgər köpdən əziyyət çəkirsinizsə 3 stəkan suya 15 ədəd hil 5 ədəd mixək təxminən qoz boyda zəncəfil qarışdırıb termosda dəmləyin, gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için, mən bu çaydan içəndə 1 stəkan bu dəmləmə ilıq halda olanda 1 çay qaşığı bal qarışdırıb içirəm, olduqca dadlı və faydalı bir içkidir.

Bu dəmləmədəki zəncəfil təzə zəncəfil olanda daha ləzzətli bir dəmləmə alınır. Hil həm də əsəb sakitləşdirici bir çaydır, axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin bir yuxunun əmələ gəlməsinə səbəb olur. Əgər əsəb gərginliyiniz varsa bu çayı gündə 3 dəfə içə bilərsiniz, çayın dəmlənilmə qaydası belədir: 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı 15 ədəd hil qarışdırıb dəmləyin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için, bu çay həm də mədə bağırsaq sancılarınıda aradan qaldırır. Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir.

Əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa məsələn qrip və ya hər hansı infeksion bir xəstəlik bol – bol hil çayı için. Ağızdan iy gəlirsə hil dənələrini ağıza atıb çeynəmək lazımdır, ağızı fərahlandırır, hil toxumlarını ağızda çeynəyəndə suyunu tüpürmək lazım deyil, udmaq lazımdır, çünki ola bilər ki, ağız qoxusu mədə mənşəli olsun onda hil qarışmış ağız suyu həm qoxunu götürür, həm də ağız boşluğu və mədəni müalicə edir. Xatırladım ki, hil qarışıqlı qəhvə çox xoş qoxulu olur və fərqli bir dadı olur. Qəhvəni belə hazırlaya bilərsiniz, deməli əvvəlcə hil qəhvə üyüdəndə üyüdülür sonra üçün birə nisbətində yəni 3 hissə qəhvə 1 hissə hil tozu bir-birinə qarışdırılır, sonra bu qarışımla qəhvə hazırlanılır və içilir. Hil toxumunun iltihab əleyhinə də güclü təsiri vardır, əgər qaraciyər çatışmazlığı, bronxit, astma, böyrək ağrıları, böyrək iltihabı, oynaqların iltihabi xəstəliyi (poliartrit), yaddaş zəifliyi kimi xəstəliklərdən əziyyət çəkirsinizsə onda aşağıdakı yazdığım bu mükəmməl qarışımdan istifadə edin.

Deməli hil və ud hindi bitkilərini bərabər miqdarda məsələn hərəsindən 100 qram üyüdüb bir-birinə qarışdırın ağzı kip bağlanılan şüşə bir qaba tökün gündə 3 dəfə yeməkdən 1 saat əvvəl bu qarışımdan 1 çay qaşığı ağıza atıb üstdən 1 stəkan su için, az bir vaxtdan sonra nəticəni görəcəksiniz. Bəd xassəli şişlərdən qorunmaq üçün və əgər bu xəstəliyə tutulmusunuzsa orqanizmin immunitetini qüvvətləndirmək üçün hil və qarazirə toxumlarını üyüdüb (məsələn hərəsindən 100 qram) 1 kq bal ilə qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.

Fizuli Hüseynov
Top