Sarımsaq və limon qarışığı ən tanınmış xalq təbabəti reseptlərindən biridir.
Bu qarışığın bir çox faydalı xüsusiyyətləri var:
— damarları möhkəmləndirir, damarları daha elastik edir, damarların partlaması riskini azaldır
— xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərin riskini azaldır
— immun sistemini möhkəmləndirir
— orqanizmdə iltihabı azaldır
— orqanizmə virus və mikrob əleyhinə təsir edir
— dərinin və saçların vəziyyətini yaxşılaşdırır
— qurdqovucu təsir edir
— orqanizmin tonusunu qaldırır
— orqanizmi cavanlaşdırır.
Resept:
— 2 baş sarımsaq
— 6 limon.
Hazırlanması:
1. Sarımsağı təmizləyin və blenderdə əzin.
2. Limonları yaxşı yuyun, 4 hissəyə bölün, tumları çıxardın. Qabıqlı şəkildə blenderdən keçirin və sarımsağın üzərinə töküb yaxşı qarışdırın.
3. Qarışığı təmiz şüşə bankaya tökün, bankanı təmiz pambıq parça ilə bağlayın və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Kütləni hər gün qarışdırmaq lazımdır.
4. 1 həftədən sonra qarışığı qəbul etmək olar. Axşam yatmazdan qabaq qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan ilıq təmiz suya əlavə edib için.
Bu qarışığı ildə 2 dəfə (yarım ildən bir) hazırlamaq və 2 həftə ərzində qəbul etmək lazımdır.