Ağ Şəmsəddin 1389-cu ildə Şamda doğulmuşdur. Artıq 7 yaşında Quran hafizi olan Ağ Şəmsəddin Osmanlı mədrəsələrində dərs almağa başlayır. Yüksək əxlaqa və zəkaya sahib bu insana o vaxtın məşhur alimlərindən olan Hacı Bayramın yanına getməsini məsləhət görürlər. Ankaraya Hacının yanına gələn Şəmsəddin onun yerini soruşur və cavab alır ki, odur sən deyən adam dükanlardan pul yığır. Şəmsəddin peşman olaraq ordan uzaqlaşıb Hələbə gedir və belə deyir: “Dükanlardan pul yığan adamdan müəllim olmaz”.
Yorğun halda Hələbə çatan Şəmsəddin dəhşətli bir yuxunun təsirindən oyanır və yenidən Ankaraya Hacı Bayramın yanına üz tutur. Yuxuda görür ki, Hələbə getmək istəyir, amma Hacı Bayram boğazına bir zəncir salıb boğa-boğa Ankaraya tərəf dartır, tam boğulacaqmış ki, yuxudan oyanır. Ankaraya çatan Şəmsəddin Hacı Bayramı tələbələri ilə yemək yeyən görür, amma Hacı Bayram heç Şəmsəddinin üzünə də baxmır.
Şəmsəddin isə utandığından tələbələrlə yox, gedib itlə birgə yemək yeyir və özünə “sən buna layiqsən” söyləyir. Şəmsəddində bu təvazökarlığı görən Hacı onu yanına dəvət edib belə deyir: “Zəncirlə, zorla gələn qonağı belə qarşılayarlar”. Şəmsəddin Hacının bir Allah dostu olduğunu görür və ona hörmətlə yanaşır. Sən demə həmin yuxunu Hacı da görübmüş. Beləcə burda Şəmsəddin elmin sirlərinə yiyələnir, bitki və xəstəlikləri dərindən öyrənərək savadlı bir loğman kimi məşhurlaşır.
İnfeksion xəstəliklərin yayılma yollarını Lui Pasterdən 400 il əvvəl aşkar edən loğman “Maddətül Həyat” əsərində belə yazmışdır: “Xəstəliklərin insanlarda təkrar-təkrar əmələ gəlməsini insanlarda axtarmaq səhvdir, xəstəliklər gözlə görünməyən canlılar tərəfindən törədilir”.
Sonralar Şəmsəddin Fateh Sultan Mehmetin ən yaxın məsləhətçisi olmuş, İstanbulun fəthi zamanı çox dəyərli məsləhətlər vermişdir. Sultan Şəmsəddinin vurğunu olduğundan onun tələbəsi olmaq istəmiş, amma Şəmsəddin razı olmamış və sultanın izni ilə saraydan uzaqlaşmış, tələbə yetişdirməyə davam etmişdir. Həmişə ağ geyindiyi üçün ona Ağ Şəmsəddin deyərmişlər.
Övladı olmayanlar, cinsi zəifliyi olanlar, sidiyini saxlaya bilməyənlər, bel, diz, oynaq ağrıları, baş ağrıları, əzələ ağrıları, əzələ qıcolmaları, yorğunluq, halsızlıq, qulunc və babasildən əziyyət çəkənlər üçün Ağ Şəmsəddindən mükəmməl məcun:
Qara zirə – 100 qram
Zəncəfil – 15 qram
Kök toxumu – 15 qram
Soğan toxumu – 15 qram
Cirə – 15 qram
Darçın – 10 qram
Kəklikotu – 10 qram
Nanə – 10 qram
Andız kökü – 10 qram
Zəfəran – 5 qram
Mixək – 5 qram
Kəpəkli buğda unu (qovrulmuş) – 300 qram
Bal – zövqə görə (təxminən 2,5 kq)
Bütün bu bitkilər üyüdülüb toz halına salınır, un və balla qarışdırılıb məcun hazırlanır. Gündə 3 dəfə, yeməkdən əvvəl 1 çay qaşığı yeyilir.
Fizuli Hüseynov