Köp üçün Boymadərən ərağı

Köp üçün Boymadərən ərağı

Əgər sizdə mənşəyindən asılı olmayaraq köp varsa, onu müalicə etmək üçün xalq təbabətində çox gözəl bir üsul var – boymadərən ərağı. Boymadərən ərağını spirtli içki olan araqla müqayisə etməyin, bunu içəndə adam məst olmur, haram deyil, amma şəfalıdır.

Boymadərən çox faydalı bir bitkidir. Onun bütün şəfalı xüsusiyyətləri suda dəmləməsində vardır. Boymadərən ərağı sulu dəmləmədən fərqlənir. Boymadərən ərağı istənilən ağır yeməyi həzm etməyə kömək edir.

Yemək zamanı 2 xörək qaşığı içilsə, yeməkdən sonra heç bir köp əlamətləri olmur, mədə-bağırsağı işləməyə məcbur edir, bununla da sancı və köp əlamətlərini aradan götürür. Hətta bağırsaqlarında şiş xəstəliyi olanlar belə köpdən əziyyət çəkirlərsə, yenə də yemək zamanı 2-3 qaşıq içsələr köpdən azad olarlar. Dadı xoşa gəlmədikdə suya qarışdırıb içmək olar.

Hazırlanma qaydası:
100 qram boymadərən otu 1 litr suya tökülüb qaynadılır, qaynama zamanı əmələ gələn su buxarı tutulub kondensasiya edilir (buxar soyuq suyun içindən keçirilir), boymadərən ərağınız hazırdır.

Fizuli Hüseynov
Top