Bağayarpağı çoxillik ot bitkisidir.Təbiətdə onun 200 növü yayılıb. Bağayarpağına planetin hər bölgəsində rast gəlmək mümkündür. Onun boyu 0,5 metrə qədər hündürə qalxa bilir. Bağayarpağının çiçəkləri kiçik olur. Onun yarpaqları torpağa yaxın hissədə qalır, yarpaqların orta hissəsindən uzun saplaq çıxaraq hündürə qalxır. Saplaqların baş hissəsində isə bağayarpağının xırda çiçəkləri və çiçəklərdən əmələ gələn toxumları olur. Bağayarpağı ləklərinin ləçəkləri olmur, toxumları isə əsasən külək vasitəsilə çoxalır.
1000 bağayarpağı toxumunun çəkisi 40 qram olur. Bağayarpağı yanlız toxumlarla çoxalır. Onun yarpaqları şaxtada donsa da, kökü məhv olmur və toxumları yan-yörəsinə səpələnərək çoxalır. Bağayarpağının yarpaqları yay aylarında yığılır.
Onun aşağıdakı növləri var:
* Meşə bağayarpağı
* Təkçiçəkli bağayarpağı
* Hind bağayarpağı
* Asiya bağayarpağısı
* Avstralya bağayarpağısı
* Düz bağayarpağı
* Ürəyəbənzər bağayarpağı və s.
Bağayarpağının faydalı və müalicəvi xüsusiyyətləri
Müalicə məqsədilə bağayarpağının yarpaqlarından, bəzi hallarda isə kökündən və toxumlarından istifadə edilir. Bağayarpağının tərkibində qlikozid, aukubin, A, C vitaminləri, favonidlər,acı maddələr, tanin,polisaxaridlər, alkoloidlər, orqanik turşular var.
Bağayarpağı şirəsi ağrıkəsici, antidepressant təsirə malikdir, iştahanın artmasına səbəb olur. Onun şirəsi mədənin fəaliyyətini yaxşılaşdırır, turşuluğunu normallaşdırır.
Bağayarpağının suda dəmləməsi yaraların sağalmasını sürətləndirir. Buna görə də ondan kompres kimi istifadə eləmək yaraların tez sağalmasına səbəb olur. Kəsiklər, yanıqlar, xroniki yaralar, frunkulun sağalmasında onun rolu böyükdür.
Bağayarpağı şirəsi mədə yaralarının da qısa bir zamanda sağalmasına səbəb olur.
Bağayarpağı şirəsinin yeni döş əmizdirən anaların döş giləsində çatlar əmələ gələn zaman sürtdükdə çatlar sağalır. Bu zaman təzə sıxılmış bağayarpağı şirəsini salfetkaya hopdurub döşün giləsinə qoyub saxlamaq lazımdır. Bu gün ərzində 3-4 dəfə təkrarlanarsa döşün giləsi tez sağalar.
Yaraların tez sağalması üçün bağayarpağını yaranın üstünə qoyub yapışqanla örtdükdə yaranın sağalması sürətlənir.
Kulinariya sahəsində körpə bağayarpağı yarpaqlarını salatlara, üyüdülmüş ətə, qızardılmış kartofa əlavə edirlər. Bu zaman bağayarpağı yeməklərə xüsusi qoxu və dad verir.
Bağayarpağı şirəsi bəlğəmgətirici xüsusiyyətə malikdir. Ondan bronxitlərin, öskürmlərin, vərəmin, qastritlərin, mədə və onikibarmaq yarasının, irinli yaraların, frunkulların, karbonkulların sağalması üçün istifadə edilər.
Bağayarpağının zərərli və təhlükəli xüsusiyyətləri
Həddindən çox qəbul edildikdə mədə turşuluğunun miqdarını artırır və mədə xəstəliklərinin sağalmasını gecikdirir. Tromb əmələgəlməsinə səbəb ola bilir.
immunitet.az