Qoz qədim zamanlardan intellektin və müdrikliyin meyvəsi hesab edilib. Qədim zamanlarda İran alimləri qozu insan beyninə bənzətmiş və ondan alınan yağın insan zəkasına və ağlına təsir etdiyini söyləmişlər. İllər keçdikcə isə bu söz öz təsdiqini tapmış və mübahisə doğurmamışdır.
Soyuq sıxılma üsulu ilə əldə edilmiş qoz yağı kəhraba rəngində, özünəməxsus orjinal qoxuya sahib olur. Onun digər yağlarla qarışımınına yol vermək məsləhət deyil. Belə ki, bu zaman qoz yağının ətri öz əvəzolunmaz qoxusu ilə digər yağların ətrini üstələyir.
Necə seçməli?
Soyuq üsulla sıxılmış qoz yağı almaq lazımdır. Kiçik və ağzı kip bağlı şüşələrdə satıılan qoz yağını almaq məsləhət görülür.
Necə saxlamalı?
Qoz yağından bir dəfə isitifadə etdikdən sonra şüşənin ağzını kip bağlayıb, soyuducunun aşağı hissəsində saxlamaq lazımdır.
Qoz yağndan bir çox salatların dadlandırılmasında istifadə edilir. Onu təzə tərəvəzlərin üstünə tökərək də yemək olur. Ondan bayram süfrələrində ətlərin dadlı olması üçün istifadə olunur. Bəzi tortların, piroqların və şirniyyatların hazırlanması zamanı da qoz yağından istifadə edilir. Qoz yağından ən çox Fransız mətbəxində istifadə olunur. 100 qram qoz yağının tərkibində 99,8 qram yağ, 0,2 qram su, 884 kKalori var.
Qoz yağının tərkibi vitaminlər, mikroelementlər və faydalı maddələrlə zəngindir. Onun tərkibində doymamış yağ turşuları, linolen, karotinoidlər, retinol, A, E, C, B qrup vitaminlər, makro və mikroelementlər(yod, kalsium, dəmir, maqnium, sink və s.) var. Qoz yağının tərkibində çoxlu miqdarda (77%) Omeqa3 və Omeqa6 yağları var.
Xalq təbabətində qoz yağından müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Onun tərkibində olan maddələr selikli qişaların iltihabi xəstəliklərinin, vərəmin, artritin, kolitin, otitin, diabetin, qəbizliyin, mədə və oniki barmaq bağırsaq yaralarının müalicəsi zamanı çox faydalıdır. Artrit xəstəliyi zamanı ağrıyan oynağı yatmazdan əvvəl qoz yağı ilə silmək ağrıların azalmasına səbəb olur.
Qoz yağı ilə massaj etmək varikoz və tromboflebit zamanı xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Varikoz xəstəliyi zamanı ayaqları qoz yağı ilə gündə 2 dəfə massaj eləmək lazımdır. Ayaqlarda şişkinlik olan zaman qoz yağı ilə masaj etməkdə fayda var. Bu zaman qoz yağına 2-3 damcı bibəriyyə yağı damdırmaq yağın müalicəvi təsirini daha da artırır. İnfeksiya və virus xəstəlikləri səbəbindən oynaqlarda əmələ gələn şişkinliyi aradan qaldırmaq üçün eyni miqdarda qoz yağı, palıd qozası yağı və araxis yağını qarışdıraraq iltihablaşmış oynaqlara sürtmək lazımdır.
Qaraciyər, ürək xəstəlikləri, maddələr mübadiləsi pozğunluqları, atereskleroz zamanı qoz yağı içməkdə fayda var. Qoz yağı içmək onkoloji xəstəliklərin, astma və hamiləlik toksikozunun əlamətlərinin aradan qalxmasına səbəb olur.
Dəridə olan sıyrıqların və yaraların tez bir zamanda sağalması üçün həmin nahiyəni gündə iki dəfə qoz yağı ilə silmək lazımdır. Tərkibində çoxlu miqdarda E vitamininin olması hamiləlik zamanı dölün sağlamlığının təmin olunmasına səbəb olur. Qoz yağı içmək orqanizmdə maddələr və fermentlər mübadiləsinin yaxşılaşmasına səbəb olur. Kosmetologiyada qoz yağından geniş istifadə edilir. O dərini qidalandırır, tonuslandırır və elastikliyini artırır.
Qoz yağından kremlərin, şampunların, balzamların hazırlanmasında geniş istifadə olunur. Qoz yağı ilə silinən dəri ipək kimi yumuşaq olur. Qoz yağı dəri qıcıqlanmalarının qarşısını alır, həssas dərini normallaşdırır, dəriyə sakitlik verir. Tərkibində olan yağ turşuları qoz yağının antioksidant təsirə malik olmasını sübut edir. Bu yağ dərini cavanlaşdırır və dəridəki regenerasiyanı sürətləndirir.
Qoz yağı ilə dərini silmək dəriyə ən yaxşı qulluq etmək deməkdir. O dərinin vitamin və mineral balansını, turşulıuğunu bərpa edir, iltihabi xəstəlikləri sağaldır. Quru dərini tonuslandırmaq və qidalandırmaq üçün qoz yağını çaytikanı yağı ilə qarışdırıb üzə sürtmək lazımdır.
Çobanyastığı dəmləməsi, qoz yağı və az miqdarda rəngsiz xınanı qarışdırıb üzə qoyub 10 dəqiqə sonra isti su ilə yuduqda dəridə olan iltihabi proseslər aradan qalxır və bir çox dəri xəstəlikləri sağalır. Bu maskanı istənilən dəriyə tətbiq etmək olur.
Bədən dərisinin elastik, parlaq, sağlam və elastik olması üçün qoz, badam, zeytun, ərik çəyirdəyi yağının qarışımını isti su ilə yuyunduqdan sonra dəriyə sürtmək lazımdır. Dəridə olan piqment ləkələrinindən xilas olmaq üçün kartof püresini qoz yağı ilə qarışdırıb dəriyə sürtmək lazımdır. Qoz yağını günəş şüası qəbul edən zaman dəriyə sürtmək dəri yanıqlarının əmələ gəlməsinin qarşısını alır.
Qoz yağının zərərli xüsusiyyətləri
Praktikada qoz yağının zərərli xüsusiyyətlərinə rast gəlinməyib. Kəskin qastrit və mədə-bağırsaq yarasından əziyyət çəkənlərə qoz yağı içərkən diqqətli olmaq tövsiyə edilir. Hamiləlik zaman qoz yağından istifadə edərkən həkimlə məsləhətləşmək tövsiyə edilir. Qoz və onun tərkibindəkilərə qarşı həssaslığı olan adamlara qoz yağı içərkən ehtiyyatlı olmaq məsləhət bilinir.
immunitet.az