Ballınanə

Ballınanə

Xalq arasında bu bitki bədrənc və limonotu kimi də tanınır. Bitkinin sürünən kökü var və boyu 120 sm-ə kimi qalxa bilir. Onun gövdəsi zoğdan, zoğun daxili isə dördqatdan ibarətdir. Ballınanə hündürlüyə qalxdırca kənarlarından budaqlar, yarpaqlar çıxır. Ballınanənin çiçəkləri dairəvi halda yerləşir və bir dairədə 12 ədəd olmaqla bitir. Ballınanə açıq mavi və ya solğun mavi rənglərdə çiçək açır.

Onun toxumu 4 kiçik qozadan ibarətdir. Toxumları sərt, yumurtayabənzər, parlaq və qara rəngdə olur. Ballınanə iyun-avqust aylarında çiçək açır, sentyabır ayında isə toxumlayır. Ballınanə çoxillik bitkidir. Ondan qədim dövrlərdə yazılan əlyazmalarda da bəhs edilib. Bu bitkinin vətəni Avropa hesab edilir. Amerikaya ballınanə Avropadan gətirilib.

Ballınanənin 5 növü var. Ən çox isə müalicəvi xüsusiyyətlərə malik olan növündən istifadə edilir. Cavan ballınanənin tərkibində 7 mq% karotonoidlər, 15mq% C vitamini, 0,3% efir yağları, kofein turşusu, 5% tanin və oleanol turşusu, acı maddələr, minerallar və selik var. Ballınanə toxumlarının tərkibinin 20%-ni yağlar təşkil edir. Tərkibindəkilərə görə onu limon nanəsi də adlandırırlar. Ballınanə yay boyu çiçək açır. Onun çiçəklərinin rəngi ağ və ya açıq çəhrayı olur. Onun latınca adı Melissa yunan dilindən tərcümədə arı deməkdir. Arıçılar əllərini ballınanə ilə sildikdə arılar onların əllərini sancmır. Çünki, ballınanənin qoxusu arıları sakitləşdirir. Müalicə məqsədilə ballınanənin çiçəkli hissəsindən və qurumuş gövdə hissəssindən istifadə edilir. Müalicə məqsədilə ballınanənin gövdəsini çiçək açmamış yığmaq lazımdır. Ballınanənin bəzi növlərini ətirli vannalar qəbul etmək üçün istifadə edirlər. Bu vannalar orqanizmin maddələr mübdiləsini yaxşılaşdırır.

Ballınanənin faydalı və müalicəvi xüsusiyyətləri
Bu bitkinin arterial təzyiq, ürək-damar sistemi xəstəlikləri, astma, yuxusuzluq, nevralgiya, anemiya və podaqradan əziyyət çəkənlər üçün faydası çoxdur. Ballınanə sidikqovucu, tərlədici, sakitləşdirici təsirə malikdir. O orqanzmə stimullaşdırıcı təsir bağışlayır. Astmanın bəzi formaları, mədə-bağırsaq, tənəffüs yolları, ürək nevrozları zamanı ballınanə çayı içmək xəstəliyin əlamətlərini azaldır və sağalmasını sürətləndirir. Sinir sistemini sakitləşdirmək və iştahanı artırmaq qabiliyyətinə malik olan ballınanə orqanizmin tonusunu yüksəldir. İsteriyalar, stresslər, əsəsbi gərginliklər, nevrozlar və depressiya zamanı ballınanə dəmləməsinin faydası çox böyükdür.

Miqren və baş ağrılarını da ballınanə ilə sakitlədirmək mümkündür. Bu dəmləmə aritmiya, ürəyin işemik xəstəlikləri, aterslkeroz, yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı çox faydalıdır. Angina, diş ağrıları, ağız boşluğundan xoşagəlməz iy olduğu zamanlarda ballınanə dəmləməsiilə boğazı qarqara etmək xəstəliyin əlamətlərinin azaldır.

Ballınanə dəmləməsini araqla qarışdırıb qulaqlara tökdükdə qulaqlarda olan küy aradan qalxır. Bunun üçün eyni miqdarda ballınanə dəmləməsi və araq götürülməli və qarışdırıldıqdan sonra bir-neçə damcı qulağa tökülməlidir.

Ballınanə cinci həvəsi artırır, yumurtalıq artımlarında olan iltihabi prosesləri sağaldır. Hamilələrə toksikoz zamanı, yaşlı qadınlara klimakterik nevrozlarda ballınanə dəmləməsi içmək tövsiyə edilir.

Ballınanənin zərərli və təhlükəli xüsusiyyətləri Həddindən çox qəbulu yuxululuğa, arterial təzyiqin aşağı düşməsinə, əzginliyə, nəbzin və nəfəsalmanın zəifləməsinə səbəb olur.
Top