Bir zamanlar 1 oğlu və 1 eşşəyi olan kasıb bir ər-arvad varmış. İmkanlarını daha yaxşıya aparmaq və dünyanı tanımaq üçün şəhər-şəhər gəzməyə qərar vermişlər və kiçik oğullarını eşşəklərinin kürəyinə mindirib yola düşmüşlər.
İlk gəldikləri kənddə insanların arxalarından ''bu tərbiyəsiz uşağa baxın! Özü eşşəyin kürəyində rahatca gedərkən, yazıq ana və atası qan tər icində piyada gedirlər! '' dediklərini eşitmişlər.
Ata yoldaşına " oğulumuzun tərbiyəsizliklə günahlandırılmasına icazə vərməyək, ən yaşlı mən olduğuma görə eşşəyə mən minim siz ana-oğul gedin '' demiş. Və beləcə gedərkən başqa bir kəndə gəlmişlər.
İkinci kənddə irəliləyərkən insanların: ''Bu əxlaqsız adama baxın, özü eşşəyin kürəyində səyahət edərkən yazıq oğlu və arvadı piyada getmək məcburiyyətində qalmış! '' dediklərini eşitmişlər. Əxlaqsız biri olmağı özünə yaraşdırmaq istəməyən ata arvadını eşşəyin kürəyinə mindirmiş və ata-oğul yanlarında gedərkən üçüncü kəndə gəlmişlər!
Üçüncü kənddə insanların arxalarından: ''yazıq yaşlı adam, həm bütün gün eşşək kimi işlə, özünü şahzadə sanan arvadının isə həm ərinin həm də kiçicik oğulunun ayaqla getməsi heç vecinə deyil. Hərhalda uşaq da ögey övladdır ''dediklərini eşitmişlər.
Bunun üzərinə bütün ailə eşşəyin üstünə minmişlər və dördüncü kəndə çatmışlar.
Dördüncü kənddə insanların: ''Bu canavar insanlara baxın! Zavallı eşşəyin belini qıracaqlar" dediklərini eşitmişlər. Eşşəkdən enib ucu da heyvanın yanında gedərək beşinci kəndə varmışlar.
Bu dəfə deşitdiklərinə inana bilməmişlər: Kəndlilər gülərək: «Bu üç axmağa baxın, özlərini daşıyacaq bir eşşəkləri olduğu halda piyada gedirlər» !!!
--------------------------------------------------------------------------------------------
Ümumiyyətlə insanlar sizə lağ etmək üçün hər vaxt bir çatışmayan nöqtənizi tapacaq və kimsə sizi olduğunuz kimi qəbul etməyə yanaşmayacaq.
Bunun üçün, doğru bildiyiniz şəkildə yaşayın və ürəyinizin sizi istiqamətləndirdiyi yerə gedin.
Həyat məşq edilməmiş bir teatr nümayişidir.
Bu, alqışı olmayan teatrın pərdəsi bağlanmadan; gülün, mahnı oxuyun, rəqs edin aşiq olun… Həyatınızın hər anını qiymətləndirin.
Türkcədən tərcümə edəni:Elşən Məmmədli