Moruqdan mürəbbə və ya kompot bişirdikdə saplaqlar adətən atılır. Lakin bu çox böyük səhvdir. Moruğun saplaqları moruq qədər xeyirlidir. Bu saplaqların tərkibində giləmeyvədə olan bütün faydalı maddələr mövcuddur. Bu səbəbdən saplaqları atmayın, onları qurudun və soyuq fəsillərdə faydalı dəmləmələr və çaylar hazırlayın.
1 ç.q. moruq saplağını 1 fincan isti suda dəmləyin və ətirli, faydalı, müalicəvi çaydan zövq alın. Moruq saplaqlarından hazırlanmış çayın müalicəvi xüsusiyyətləri:
— soyuqdəymə zamanı çox faydalıdır
— iltihabları azaldır
— immun sistemini möhkəmləndirir
— baş ağrısını müalicə edir
— tərkibində olan antioksidantlara görə orqanizmi cavanlaşdırır
— orqanizmdən ziyanlı maddələri xaric edir.