Sarıkökdən istifadə

Sarıkökdən istifadə

Sarıkökün faydası və müalicəvi təsiri insanlara qədim zamanlardan məlumdur. Qədim Şərq tibbi əsərlərində bu ədviyyatın adı və onun müalicəvi xüsusiyyətləri dəfələrlə qeyd olunur. Qədim təbiblər sarıkökü mədə-bağırsaq sistemi, dəri, oynaqlar, soyuqdəymə, qadın və s. xəstəliklərinin müalicəsində geniş istifadə edirdilər. Sarıkökün orqanizmə olan müalicəvi təsiri müasir tibb elmində öz təsdiqini tapıb.

Azərbaycan mətbəxində sarıkök müxtəlif qidalara əlavə olunur. Bu çox gözəl adətdir. Bununla biz həm yeməyin dadını yaxşılaşdırırıq, həm də sağlamlığımızı qoruyuruq. Beləliklə, sarıkökü qidalara əlavə etməklə biz nəyə nail oluruq?

1. Sarıkök mədə-bağırsağa antiseptik təsir edir, mikrobları öldürür, bağırsaqların mikroflorasına müsbət təsir edir.

2. Sarıkök ürəyi mökməmləndirir, damarları təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır və bununla infarkt və insultun riskini azaldır.

3. Sarıkök qaraciyər üçün olduqca faydalıdır — qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyəri təmizləyir, odqovucu təsirə malikdir, öd kisəsində durğunluğun və iltihabın qarşısını alır.

4. Sarıkök orqanizmdə iltihabları azaldır, soyuqdəyməni müalicə edir.

5. Sarıkök immun sistemini möhkəmləndirir.

6. Sarıkök güclü xərçəngəleyhinə təsirə malikdir.

7. Sarıkök oynaqlar üçün olduqca faydalıdır — oynaqlarda iltihabı azaldır, oynaq toxumasının dağılması proseslərini ləngidir.

saglamolun.az 
Top