Gicitkən otunun faydaları

Gicitkən otunun faydaları

Təbiətdəki ən faydalı otlardan biri də gicitkəndir. Gicitkən otunun bir çox xəstəliklərin müalicəsində də kömək olduğu məlumdur.

Allergiyanın çarəsidir 
Gicitkən min illərdir allergiya müalicəsində istifadə olunur. Elm adamlarının araşdırmasına əsasən, gicitkən allergiya səbəbindən yaranan iltihabı azaldır.

Sümükləri inkişaf etdirir
Gicitkən yaxşı bir kalsium qaynağıdır. Gicitkən otunun çayını hazırlaya bilərsiniz və ya şorbalara dad verməsi üçün təzə gicitkən yarpaqları ata bilərsiniz.

Diabet müalicəsi
Aparılan araşdırmalara əsasən, gicitkən diabetə bağlı simptomları azaltmağa kömək edir. Yüksək qan şəkərini aşağı salır. Həddindən çox susamanı azaldır, çəkini balanslaşdırır, insulin səviyyəsini tənzimləyir, nevropatiya ağrısını azaldır, hətta yaddaşa da faydası var.

Ağrıkəsici təsirə sahibdir
Bəzi araşdırmalar gicitkənin revmatizmlə əlaqədar ağrını və anti-inflamatuar dərmanların dozasını azaltmağa kömək etdiyini sübut edib.

Anemiya müalicəsi alan şəxslər əlavə vasitə olaraq istifadə edə bilər.
Menstruasiya dövründə rast gəlinən gərginliyi önləyir. Qasıq ağrısını azaldır.
Sidik problemi yaşayan şəxslərə faydalıdır.
Xərçəng xəstəliyinin qarşısını alır.
Təzyiq və xolesterol problemi olan şəxslərə gündə bir fincan gicitkən çayı tövsiyə olunur.
Bədəndəki şişi aradan qaldırır.
Dəmir əskikliyi olan şəxslərə məsləhətdir.
Həzm sisteminə fayda verir, bir çox orqanı təmizləyir. 
Artrit simptomlarını yüngülləşdirir, infeksiyalara qarşı müqavimət qazandırır.
Əmizdirən analarda südün keyfiyyətini artırır.
Cinsi zəiflik yaşayan şəxslərə kömək edir.
Böyrəkləri təmizləyir və qaraciyərin yenilənməsini təmin edir.
Soyuqdəyməyə qarşı olduqca təsirlidir və immunitet sistemini də qüvvətləndirir.
Öskürək problemi olan şəxslərə tez-tez gicitkən çayı içmək tövsiyə edilir.
Yetkinlik dövründə çıxan sızanaqları yaxşılaşdırır və şişi aradan qaldırır.
Qəbizliyi aradan qaldırır.

Gicitkən çayı necə hazırlanır:
Bir çay qaşığı nazik doğranmış gicitkən yarpağı bir stəkan qaynar su ilə dəmləyin. 5-10 dəqiqə dəmlədikdən sonra süzün. Gündə 2-4 stəkan yeni dəmlənmiş çay ac qarına və ya yemək aralarında dadlandırılmadan içilməlidir.
Top