1 həftə ərzində hər gün bir stəkan turp suyu içmək bir çox xəstəliklərin qarşısını sədd çəkir.
Xərçəngin yaranmasının qarşısını alır
Ehtiva etdiyi zəngin qida dəyərləri sayəsində güclü antioksidant vəzfəsini görən turp suyu xərçəngə qarşı təsirli vasitədir.
Ağciyəri təmizləyir
Turp suyunun tərkibindəki bol miqdarda C vitamini ağciyərləri və bronxları təmizləyici təsirə malikdir.
Böyrək daşının azaldılmasında təsirlidir
Böyrək daşı probleminiz varsa, hər gün turp suyu içmək tövsiyə olunur.
Qara nöqtə və sızanaqların qarşısını alır
Problemli dəri tipiniz varsa, turp suyu istifadə edin. Müntəzəm turp suyu istifadəsi sızanaq kimi dəri problemlərinin müalicəsində də effektivdir.
Sümük və dişləri gücləndirir
Sümüklərin və dişlərin ehtiyac duyduğu kalsium və kalium ehtiyacının qarşılanmasında turp suyu istifadəsi olduqca təsirlidir.
Bədəni balanslaşdırır
Müntəzəm turp suyu istifadəsi ilə bədəndə olan sərbəst radikalların balanslaşdırılmasını təmin etmək mümkündür.