Kəklikotu bu 7 xəstəliyi müalicə edir

Kəklikotu bu 7 xəstəliyi müalicə edir

Kəklikotunun faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Bu ot xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

1. Kəklikotu çayı spazmla (sıxılma) bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı, qadınlarda menstruasiya ilə bağlı ağrılar və s.) azaldır.

2. Ağız boşluğu iltihabları, tonzillit (angina) zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.

3.
Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır.

4. Kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir, həzmi yaxşılaşdırır.

5. Kəklikotu sistit (sidik kisəsi iltuhabı) zamanı yaxşı kömək edir.

6. Kəklikotu kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.

7. Kəklikotunu çox yaxşı sakitləşdirici təsir edir, stress, nevrasteniya, nevroz zamanı kömək edir.  

saglamolun.az
Top