Goji berry meyvəsinin faydaları

Goji berry meyvəsinin faydaları

Söhbət sağlamlığımızdan gedirsə, müasir tibbi yeniliklərdən kənarda qalmaq istəmirik. Etiraf etməliyik ki, son yüz ildə sağlam həyat naminə tibb elmi xeyli nailiyyətlər əldə edib. Lakin hər günümüzü, hətta hər saatımızı həkim nəzarətində keçirmək mümkün deyil. Uluların qədimdən qalan təbii müalicə vasitələri imkan verir ki, özümüz öz həkimimiz olaq.

Bu təbii vasitələrdən biri də goji berry meyvəsidir. Himalay dağlarında bitən bu kiçik, qırmızı meyvənin insan sağlamlığına faydası hələ də günbəgün kəşf edilməkdədir. Yeddi əsrdən çoxdur ki, Çində şəfa mənbəyi sayılan goji berry bu gün bütün dünyanın diqqət mərkəzindədir. Çünki bu meyvə insan orqanizminin ən xeyirxah dostudur.

1. Qocalmanı ləngidir
Əgər insan sağlamdırsa, o, sürətlə qocalmır. Goji berry qocalmanı ləngidir deyəndə, elə bilməyin ki, o, zamanı sıfırladır. Xeyr, bu mümkünsüzdü. Sadəcə, goji berry-nin tərkibindəki liflər və antioksidanlar dəri qırışmasının qarşısını alır. Dəri səthindəki sərbəst radikal birləşmələrin təsirini yox edir. Ən əsası, dəri xərçənginə tutulma riskini azaldır.

2. Depressiyanı zəiflədir
Tərkibindəki zəngin minerallar sayəsində goji berry insanı daim yüksək əhval-ruhiyyədə saxlayır. Təlaşlanmağa və depressiyaya düşməyə imkan vermir. Təsadüfi deyil ki, goji berry Çində həyat enerjisini artıran sehrli bitki hesab olunur.

3. C vitamini mənbəyi
İmmuniteti artıran C vitamini soyuqlamış orqanizm üçün “qızıl mədəni” rolunu oynayır. Goji berry-nin tərkibindəki C vitamininin miqdarı portağala nisbətən 3 dəfə artıqdır. Bir gün isti, bir gün soyuq keçən yaz aylarında goji berry soyuqdəyməyə qarşı ən etibarlı silahdır.

4. Artıq yağları əridir
Goji berrynin tərkibində 19 adda amin turşusu var. Bildiyimiz kimi, amin turşuları əzələləri yeniləyir və böyüməsinə təsir edir. Bununla yanaşı, artıq yağlardan yaxa qurtarmağa da kömək edir. Sağlam kökəlmək istəyirsinizsə, goji berry meyvəsindən bolluca yeməli və tez-tez də çiy su içməlisiniz.

5. Həzm prosesini yaxşılaşdırır
Uzaq Şərqin bu sirli meyvəsi həzm sistemi xəstəliklərinin sağalmasına kömək edir. Qastrit kimi mədə xəstəliklərinin müalicəsində əvəzsizdir. Çində həzm prosesi üçün goji berry meyvəsinin suyu daha çox istifadə edilir.

6. Sonsuzluğa son
Müxtəlif Asiya və Uzaq Şərq ölkələrində qadınlar arasında sonsuzluğun müalicəsində də goji berry istifadə olunur. Kişilərdə isə spermatozoidlərin daha aktiv olmasını təmin edir.

7. Qanda şəkər və insulinin səviyyəsini stabilləşdirir
Çində bütün diabetli xəstələr goji berry-ni gündəlik qida rasionuna daxil edir. Daha çox da kişilərdə insulin səviyyəsinin getdikcə aşağı düşməsi orqanizmdə müəyyən xəstəliklərə yol açır. Goji berry insulinin səviyyəsini stabilləşdirir. Qeyd etməliyik ki, goji berry-dən istifadə etmək istəyən diabetli xəstələr mütləq həkimlə məsləhətləşməlidirlər.

8. Xolestrolu nizamlayır
Arıq olmaq o demək deyil ki, artıq siz xolestrol problemindən uzaqdasınız. Elə arıq və çəlimsiz insanlar var ki, xolestroldan əziyyət çəkir. Xolestrolun yaranma səbəbi nizamsız və həkim məsləhəti olmadan saxlanılan pəhrizdir. Goji berry orqanizmdə xolestrolun miqdarını nizama salır.

9. Göz zəifliyinə xeyirdir
Goji berry-nin tərkibində A vitamini, zeaksantin, beta-karoten kimi gözə faydalı olan maddələr var. Eyni zamanda, katarakt əmələ gəlməsinin qarşısını alır. Yaş artdıqca görmə qabiliyyətini itirən gözlər üçün də goji berry xeyirlidir.

10. Enerji qaynağıdır
Dincəlmiş bir bədən və aktiv bir beyinlə yeni günə başlamaq həyatın özüdür. Yorğunluq və ya stress səbəbilə bəzən yuxudan ayıldıqda özümüzü çox əzgin hiss edirik. Çinlilər belə bir vaxtda yenə goji berry-yə üz tuturlar. Baş ağrılarını azaldır, əhval-ruhiyyəni yüksəldir, sanki orqanizmə enerji verir. Qeyd etməliyik ki, goji berry-ni yatmazdan əvvəl istifadə etməyin. Yoxsa, yuxunuz qaçar.
Top