Bu resept 1000 il öncə Almaniyada kilsədə yaşayan qadın tərəfindən hazırlanıb. Ürəyə həddən çox faydası olduğu üçün nəsildən-nəsilə ötürülüb. Haqqında əfsanələr dolaşan Hiderqard adlı bu qadın iddia edirmiş ki, bütün reseptlər ona yuxuda tanrı tərəfindən göndərilir. Hələ də mistik qalan bu əhvalata baxmayaraq Hiderqardın məhləmləri insanlara şəfa verməkdə davam edir.
Lazımdır:
10 dəstə cəfəri
1 litr bəyaz yaxud qırmızı şərab
2 xörək qaşığı alma sirkəsi
300 ml təbii bal
Hazırlanması:
Şərab və sirkəni bir qazana töküb, üzərinə cəfəri budaqlarını əlavə edin. Məhlulu 10 dəqiqə ərzində zəif odda qaynadın. Sonra ocağı söndürüb, üzərinə bal əlavə edin. Yaxşıca qarşıdırıb sterlizə edilmiş şüşə qablara tökün. Hər gün yatmadan öncə bir neçə xörək qaşığı için və bütün ürək xəstəliklərindən özünüzü və doğmalarınızı qoruyun.