Biyan bitkisi həqiqətən də bizim nemətimizdir, şəfasını saymaqla bitməyən bir nemətdir. Müalicə məqsədilə biyanın köklərindən istifadə olunur. Yadımdadır, hardasa 10 il öncə bir işçimiz var idi arıq, zəif və hər gün öskürürdü ona biyan dəmləyib içməyi məsləhət gördüm, adam gözümüzün qabağında gündən-günə gəlişdi xəstəlik və halsızlıqdan heç bir əsər-əlamət qalmadı.
Biyan köklərində təbii saponinlər vardır, saponinlər hormonal təsir göstərərək insanın halını anındaca dəyişir, əhval-ruhiyyəni dəyişir halsızlığı götürür, insana bir gümrahlıq gətirir, biyan köklərində daha bir qiymətli maddə qliçirizin vardır, qliçirizin öskürək əleyhinə əvəzolunmaz bir maddədir. Biyan çayı sinəni yumşaldır, bəlğəmi təmizləyir, səs tutulmasında, bronxitdə, göy öskürəkdə, astmada, səs tutulmasında (inaqolmada) əla nəticə verir.
Biyan kökü dəmləməsi hətta ağız yaralarında, anginalarda və faringitdə də çox yaxşı nəticə verir. Biyan kökü dəmləməsi mədə qıcqırmalarında yaxşı təsir göstərir, biyan çayının 1 stəkan ac qarına içilməsi qıcqırmanı dayandırır, mədə və bağırsaq yaralarında (qastrit, kolit) faydalıdır.
2 xörək qaşığı biyan kökünü 1 stəkan suda 10 dəq qaynadın, 20 dəq dəmləyin qatı gel halında olacaqdır bu geldən ekzema və psoriaz (dəmrov) olan hissələrə gündə 2 dəfə vurun çox yaxşı təsirini görəcəksiniz. Ümumiyyətlə biyan çayının içilməsidə sağalmaz dəri yaraları üçün faydalıdır.
Biyan çayı böyrəkləri duz və qumlardan təmizləyir, böyrəküstü vəzidən qaynaqlanan yüksək qan təzyiqində çox faydalıdır, biyan çayı qaraciyər və dalaq üçün də faydalıdır. Biyan çayının faydası çox olsada bu bitkini 20 gün içəndən sonra yaxşı olar 10-15 gün ara verib sonra yenə içəsiniz. Biyan kökü gündə 3 dəfə 1 çay qaşığı 1 stəkan suda 5 dəq zəif odda qaynadılır, 10 dəq dəmlənilir yeməkdən 30 dəq əvvəl içilir. Biyan çayı çox şirin olduğundan suyun miqdarını 2 stəkanda edə bilərsiniz məsələn, 1 çay qaşığı 2 stəkan suda dəmlənərək içilir. Biyan çayına nanə yarpağı vəya limon sıxıb içə bilərsiniz.
Fizuli Hüseynov