Xalq təbətində qanı durultmaq və damarları təmizləmək üçün bir çox effektli müalicəvi vasitələr var. Sizə ən tanınmış reseptlərdən birini təqdim edirik.
200 qr sarımsaq təmizlənir və 3 qabıqlı limonla birlikdə blenderdə əzilir, üzərinə 1 stəkan bal əlavə olunur, yaxşı qarışdırılır və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlanılır (soyuducuda yox!).
Daha sonra dərmanı səhər yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla su ilə qəbul etmək lazımdır.
Bu vasitə həmçinin immun sistemini gücləndirir, orqanizmdə iltihabları azaldır, bağırsaqlara antiseptik və qurdqovucu təsir edir, orqanizmin tonusunu qaldırır.