Yumurta qabıqları çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində orqanizm tərəfindən ən asan mənimsənilən kalsium formasından əlavə 30-a yaxın müxtəlif, o cümlədən çox nadir minerallar var — mis, ftor, dəmir, marqans, molibden, fosfor, kükürd, sink, kremnium, molibden və s.
Alimlər araşdırıblar ki, yumurta qabıqlarının tərkibi insanın sümükləri və dişləri ilə, demək olar, eynidir. Bu səbəbdən yumurta qabığı insanın dişləri və sümükləri üçün çox faydalıdır — dişləri və sümükləri möhkəmləndirir, uşaqlarda raxit, böyüklərdə osteoporoz xəstəliyinin inkişafının qarşısını alır.
Bundan əlavə yumurta qabığının allergiya və iltihab əleyhinə təsiri var, qanazlığı zamanı çox faydalıdır, saçların və dırnaqların vəziyyətini yaxşılaşdırır. Bir çox həkimlər yumurta qabıqlarını apteklərdə satılan kalsium preparatlarından daha faydalı və effektli hesab edir.
Çiy yumurtanın qabıqları daha faydalı sayılır. Çiy yumurtanın qabıqlarını böyüklər üçün istifadə etmək olar. Uşaqlar üçün yumurtanı 5 dəqiqə ərzində qaynatmaq, sonra qabıqlarını istifadə etmək lazımdır.
Çiy yumurta istifadə olunduqda yumurtanı axar su altında xüsusi fırça və sabunla yaxşı yuyun, sonra qabıqlarını soyun, daxilində olan plyonkanı çıxardın, bir qədər qurudun və həvəngdəstədə yaxşı əzin.
Alınmış hazır tozu şüşə qabda sərin qaranlıq yerdə saxlayın. İstifadə etdikdən əvvəl yumurta qabığının üzərinə 3-4 damcı təzə limon şirəsi tökün, qarışdırın və qəbul edin. Kalsium limon şirəsində olan C vitamini ilə birlikdə daha yaxşı mənimsənilir.
Dozalar (1 günlük):
— 1 yaşdan 7 yaşına qədər olan uşaqlar üçün: daha kiçik uşaqlar üçün bıçağın ucunda götürülür və tədricən uşaq böyüdükcə çoxaldılır. 7 yaşlı uşağa 1/2 ç.q. verilir.
— 14 yaşdan sonra uşaqlar və böyüklər — 1 çay qaşığı.