Arpa ilə bədən təmizlənməsi

Arpa ilə bədən təmizlənməsi

Arpa ilə balqabaq peyğəmbərlər yeməyi sayılır. Hər ikisi bədən üçün olduqca faydalıdır. Arpa həqiqətən bir bədən təmizləyicisidir. Bədənimizə yığılmış bütün tullantı maddələrinin təmizlənilməsində arpa əvəzsiz bir nemətdir.

2 xörək qaşığı arpa 500 qram suda 10 dəq qaynadılır 20 dəq dəmlənilir süzülür gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Bu dəmləmə böyrəkləri həm iltihabdan təmizləyir, həm də duz və qumdan. Bunu böyrək ağrısından əziyyət çəkən hər bir insan cəmi 1 həftə içdikdən sonra hiss edəcəkdir.

Arpa dəmləməsi öd durğunluğu və öd qumlarından əziyyət çəkənlər üçün də faydalıdır. Belə ki, bir müddət içidikdən sonra ağız acılığının getdiyini görəcəksiniz. Arpa dəmləməsi yüksək xolesterini aşağı salır, qaraciyəri təmizləyir. Şəkər xəstələri arpa dəmləməsindən içsə, bu şəkərin qanda səviyyəsinin qalxmağının qarşısını alır.

Oynaq ağrıları, əsasən də revmatoidli poliartrit xəstələri üçün arpa dəmləməsi içmək oynaq ağrılarını və şişkinlikləri azaldır.

1 stəkan təbii alma sirkəsinə axşamdan 1 xörək qaşığı arpa qarışdırın, səhər vam odda 10 dəqiqə qaynadın, soyuduqdan sonra süzün, dəmrov, ekzema və səpgilərə gündə 3 dəfə vurun. Bu resept əla effekt verir.

Gec sağalan ekzema və dəmrovlar üçün belə də edə bilərsiniz — 1 ovuc arpa ununa təbii alma sirkəsi qarışdırılaraq yoğurulur, xəmir kimi olana qədər yoğrulmuş xəmiri dəmrov və ekzemaların üstünə qoyub bağlayın 2-4 saat saxlayıb yuyun.

Arpa dəmləməsində zəngin fosfor vardır. Fosfor beyin inkişafı üçün olduqca faydalıdır. Arpa dəmləməsinin hazırlanılması: 2 xörək qaşığı arpa 3 stəkan suda əvvəlcə 4-5 saat saxlanılır, 10 dəqiqə vam odda qaynadılır, süzülür, gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içilir. Arpa dəmləməsi nə qədər faydalı olsa da, arpa cücərtisi daha çox effeklidir. Belə ki, gündə 2 xörək qaşığı arpa 1 gün suda saxlanılır sonra dayaz bir qaba sərilir və üstünə yaş pambıq əski qoyulur, 2-3 günə cücərmə baş verir. Cücərmiş arpa yuyulur, salatlara qarışdırılaraq yeyilə bilir və ya cücərmiş arpa 2 stəkan suda 1 gün saxlanılır və səhər tezdən ac qarına içilir. Yuxarıda saydığım bütün faydalar arpa cücərtisində də vardır.

2 qoşa ovuc arpa 3-4 litr suda 20 dəq qaynadılır süzülür hamam vannasının suyuna qarışdırılaraq vanna edilir dəri gözəlliyi, dəri parlaqlığı və dəri canlanması üçün əla bir vasitədir.

Fizulihuseynov.com
Top