Ayı ödü

Ayı ödü

Ayı ödündə insanın ödünə bənzər turşular çoxdur. İnsan ağır xəstələndikdə, xüsusən onkoloji xəstəliklərdə bir sıra turşuların istehsalı demək olar ki, dayanır və həzmetmə pozulur. İnsan yemək yeyə bilmir. Ayının ödü isə olduqca güclü və yağları parçalamağa gücü çatan orqandır. Ona görə qədimdən indiyə kimi tibdə ayı ödündən istifadə olunur. Tibbin atası İbn Sinadan da ayı ödünün faydalarından bəhs edən reseptlər qalıb.

Hansı xəstəliklərdə tətbiq olunur:
Mədə-bağırsaq, öd pozulmaları
Mədə turşuluğunun normallaşdırılması
Orqanizmdən zəhərli maddələrin çıxarılması
Güclü ağrılarda
Hepatit və pankreatitdə.

Profilaktik məqsədlə qurudulmuş ayı ödü və ondan hazırlanan mazlardan istifadə olunur. Bu vasitələr olduqca güclü bioloji aktiv maddələrdir. Orqanizmin gücünü, tonusunu artırır.

İstifadə qaydası:
Ən yayılmış üsul quru ödü ovub 40% -lik araqda 1 ay saxladıqdan sonra istifadə etməkdir. Doza xəstənin yaşı, xəstəliyi, çəkisindən asılıdır. Hər gün yeməkdən əvvəl bir çay qaşığı qəbul normaldır. Hamilələrə, laktasiya dövründə və allergiya olanlara olmaz.

Ayı ödü düzgün hazırlanmalıdır:
Təəssüf ki, tibbi şərtlərə uyğun Ayı ödü tapmaq çətindir. İnsan əmin olmalıdır ki, Ayı sağlam olub, ölü Ayının ödü deyil,öd payız-qış ayında alınıb, orqan canlı heyvandan çıxarılıb və bu əməliyyat zamanı dərhal da öd axacaqları bağlanıb. Öd kisəsi zədələnməyib, quru halda havada qurudulub. Quru ödün çəkisi 20-22 qramdan çox və ya az olmamalıdır. 

Tibbdə onkoloji xəstələrin ayı ödü ilə müalicəsində uğurlu nəticələr alınması faktları var. ayı ödü insana güc verir, kimyaterapiyanın zərərli toksinlərini çıxarır, şiş hüceyrələrini tormozlandırır. Qaraciyər serrozu və hepatitlərdə də ayı ödü güclü təsir edib. Orqanizmi parazitlərdən, qurdlardan, mikroblardan təmizləyir, lipid mübadiləsini yaxşılaşdırır.

medicina.az
Top