Bal və soğan siropu

Bal və soğan siropu

Bal və soğan qarışığı ənənəvi xalq təbabətində bir çox əsrlər ərzində öskürəyə qarşı istifadə olunub. Bal və soğan siropunun əsas üstünlüyü ondadır ki, istifadə olunan inqrediyentləri bütün il ərzində asanlıqla əldə etmək mümkündür.

Bundan başqa, bu təbii dərman vasitələrinin tərkibində hər hansı təhlükəli kimyəvi, süni boyaq və ya gələcəkdə səhhətinizdə fəsadlara gətirib çıxara biləcək zərərli maddələr yoxdur.


Zəruri inqrediyentlər:
— 2-3 xörək qaşığı təmiz təbii bal
— 1 baş soğan

Hazırlanma qaydası:
İlk növbədə soğanı iti bıçaqla, amma tam bölməmək şərti ilə bir neçə hissəyə kəsin. Sonra üzərinə bal töküb bir gecə otaq temperaturunda saxlayın. Səhəri gün isə onu süzün. Sizin şəfalı siropunuz hazırdır. Bu sirop yalnız bir gün üçün kifayət edir.

İstifadəsi:
Hər 2 saatdan sonra bir qaşıq udun. Təsirini dərhal biss edəcəksiniz, rahat nəfəs almağa başlayacaq və öskürək isə tamamilə keçəcək.
Top