Qurd əleyhinə çay

Qurd əleyhinə çay

Bu bitki çayı orqanizmi parazitlərdən əsaslı şəkildə təmizləyir. Bu çox tanınmış və effektli reseptdir.

Tərkibi:
— Sürvə otu
— Tozağacı yarpaqları
— Palıd ağıcı qabığı
— Kalendula
— Ayıpəncəsi
— Dağ tərxunu
— Yovşan
— Nanə
— Çobanyastığı

Hazırlanması:
Hər otdan 1 xörək qaşığı götürülür və qarışdırılır. Bu qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan qaynar su tökün və termosda 1 saat ərzində dəmləyin. Hazır çayı yaxşı süzün və 1 həftə ərzində hər gün acqarına stəkanın 1/4 hissəsi olmaqla, sonra 2 həftə ərzində 1 stəkan olmaqla qəbul edin.

Müalicə kursu 3 həftə təşkil edir. Hamilə qadınlara və kiçik yaşlı uşaqlara bu dəmləməni vermək olmaz. Daha böyük yaşda uşaqlara pediatrdan məsləhətləşdikdən sonra bu çayı verə bilərsiniz. Bəzi mədə-bağırsaq və qaraciyər xəstəlikləri zamanı bu çaydan istifadə etmək olaz.

Müalicədən sonra adətən bu kimi müsbət dəyişikliklər qeyd edilir:
— həzm proseslərin və yuxunun yaxşılaşması
— iş qabiliyyətinin artması
— üz dərisinin təmizlənməsi
— immunitetin möhkəmlənməsi
— əhval-ruhiyyənin yaxşılaşması, stresin və depressiyanın azalması
— allergik reaksiyaların (qaşınma, səpgilər və s.) yox olması.

saglamolun.az
Top