Duzlu suyun inanılmaz faydaları

Duzlu suyun inanılmaz faydaları

Adi xörək duzu güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən müxtəlif iltihablar zamanı geniş istifadə olunur və çox yaxşı müalicəvi təsir edir. Sizə duzlu su ilə olan bəzi müalicəvi reseptləri təqdim edirik.

1. Boğaz ağrısı, angina zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1 çay qaşığı (uşaqlar üçün yarım çay qaşığı) duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin. Nəzərə almaq lazımdır ki, angina zamanı bu vasitə yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Angina mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır!

2. Diş və damaqların iltihabları zamanı da duzlu su (1/2-1 ç.q. duz + 1 stəkan su) çox yaxşı kömək edir. Ağız boşluğunu duzlu su ilə tez-tez qarqara edin, bu iltihabın azalmasına kömək edir. Diş çəkiləndən sonra ağız boşluğunu duzlu su ilə qarqara edin. Bu yaranın daha tez sağalmasına kömək edir, iltihabın qarşısını alır.

3. Duzlu su göbələkəleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. 1 l su üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə olunur. Həmçinin bu sadə vasitə pis ayaq qorusunu yox etməyə kömək edir.

4. Zökəm zamanı duzlu su ilə burnunuzu yuyun.

5. Duzlu su ilə vannalar (1 l su + 2 x.q. duz) ayaqlarda şişkinliyi azaldır, ayaq yorğunluğu aradan qaldırır.

6. Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.

7. Üz dərisində sızanaqlar zamanı duzlu su çox yaxşı kömək edir. Üzünüzü hər gün duzlu su ilə yuyun.

8. Duzlu su üz dərisini cavanlaşdırır, daha təravətli edir.

saglamolun.az 
Top