Nar qabığı bir çox xəstəliklərin dərmanıdır. Nar qabığının altındakı yüzlərlə nar dənələri bizim səhhətimiz üçün faydalı olduğunu çoxlarımız bilirik. Bəs nar qabığının səhhətimiz üçün faydalarından məlumatımız varmı?
Nar şirəsi damar sağlamlığını və ürəyi qidalandırdığı bildirilir. Həmçinin nar şirəsi damar tutulması və qanda yaranan laxtalanmanın qarşısını almaqla bərabər qan təziqinin normallaşmasına da köməklik edir.
Narın möcüzəvi faydaları
Mütəxəssislər bildirirlər ki, nar yeyildikdən və ya şirəsi sıxıldıqdan sonra qabığını zibilə atılır. Çində son illər ərzində aparılan araşdırmalara görə, nar qabığının, suyuna görə daha çox vitaminlər ehtiva etdiyini bildirilir. Narın şirəsi sağlamlığımıza faydalı olduğu kimi narın qabığı da şirəsindən daha da vitaminlidir. Nar qabığının tərkibində olan ellagik turşusu bütün xərçəngə qarşı qabaqlayıcı faydalar malikdir.
Nar qabığı, çay olaraq da istifadə edilə bilər
Araşdırmalara görə, nar qabığı pis xassəli şişləri azaldır. Orqanizmdə beta hüceyrələrini artıraraq diabetli xəstələrə, ürək və damar xəstələrinə şirəsinə nisbətən daha çox əhəmiyyətlidir. Nar qabığında olan ellagik turşusu, antioksidan, vərəmə qarşı daha faydalıdır.
Araşdırmalara görə, döş, dəri, bağırsaq, prostat xərçənglərinə qarşı qoruyucu gücə malikdir. Nar qabğını qurutmaq qaydasına diqqət edilməlidir. Nar qabığı kölgədə 40-50 dərəcə temperaturda qurudulması məsləhət görülür. Nar qabığı qurudulduqdan sonra ovulması lazımdır.
100 qram qaynanmış isti suya 2 qram qurudulmuş nar qabığını əlavə edərək təxminən 10 dəqiqə qanyadıb həmin suyu hər gün çay əvəzi istifadə edə bilərsiniz. İçəcəyiniz nar çayı beyində yarana bilən xərçəngin həmçinin ürək və şəkər xəstəlikləri başda olmaqla bir çox xəstəlikdən özümüzü qorumuş olarıq. Əgər nar çayını içə bilmirsinizsə qurudulmuş nar qabıqlarını qəhvə üyüdən maşından toz vəziyyətinə gətirərək 1 çay qaşığı və ya 1 xörək qaşığı qidalarınızda da istifadə edə bilərsiniz.