- “Əli və Nino” kitab dükanları şəbəkəsinə qədərki yolunuz.
- İşə başlayanda özünüzdən başqa kiməsə güvənirsiniz? ”Bacarmasam mənə kömək edəcəklər” arxayınlığınız var?
- 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsini bitirmişəm və bundan sonra müxtəlif xarici qurumlarla işləmişəm. Son işlədiyim yer BMT-nin layihəsi idi. 2001-ci ildə şəxsi bizneslə məşğul olmağa başladım.
- Bizneslə məşqul olmaq üçün məhz kitabları seçdiniz. Niyə?
- Mən uşaqlıqdan kitabları, mütaliəni çox sevirdim. Belə bir qərara gəldim ki, istədiyim işlə məşğul olum. Kitab biznesi mənim üçün ən uyğun olan biznesdir.
- Biznes-ledi sözündən xoşunuz gəlmir. Niyə?
- İş adamı elə iş adamıdır. Fərqi yoxdur, kişidir, ya qadın. Biznes-ledi sözü-kişilərin qadınlara yönlənmiş ironiyasıdır məncə. Sanki işlə məşqul olan qadınlar əslində hansısa oyun oynayır. Bəli, qadın üçün biznes qurmaq asan deyil, amma realdır. Məsələn, mən işimi qura bilmişəm.
- Özünüz qeyd etdiniz ki, qadın üçün bizneslə məşqul olmaq çətindir. Nigar Köçərli öz biznesi ilə məşğul olmağa başladı. Necə başladı? Uğursuzluqlar oldumu?
- Dediyim kimi, BMT-nin layihəsində çalışırdım. Hər maaşda gedib özümə kitab alırdım. Günlərin bir günü rəfiqəm dedi: ”Sən ki, kitablara bu qədər pul xərcləyirsən, bəlkə kitab biznesi ilə məşğul olasan?” O, zarafat etdi, amma mən bu barədə ciddi düşünməyə başladım. Bütün gecəni fikirləşdim. Düşündüm nəyi necə edim. İlk yatırımım 600 dollar oldu. Kitabları aldım və mağazalara satış üçün payladım. 600 dollarım artıqlaması ilə mənə qayıtdı. Daha sonra böyük yatırım elədim və beləcə iş quruldu. Dükanlar şəbəkəsi, nəşriyyat evi, onlayn kitab evi 600 dollarla başladı. Ümumiyyətlə, mən riski sevmirəm. Fikrimcə, irəliləyişi addım-addım etmək lazımdır. Öz biznesimi də belə yavaş-yavaş qurmuşam və hal-hazırda 4 kitab dükanı, 10 satış nöqtəmiz var. Bizdə belə bir stereotip var – qadın ancaq qadın salonu aça bilər, qadın klubu – yəni pul qazanmaq üçün yox, vaxtı keçirmək və rəfiqələrin yanında özünü göstərmək üçün. Mən bunu qəbul etmirəm. Məncə qadın ciddi işlərlə məşqul olmalıdır. Onun üçün bütün qadınlarımıza müraciət edirəm. Qorxmayın. Burda elə bir çətin şey yoxdur. Addım-addım hər işinizi qurun və bəlkə də böyük uğura nail olacaqsınız.
- Heç vaxt bu barədə düşünməmişəm. Heç vaxt heç kimdən dəstək də görməmişəm. Əslində bu yaxşı şeydi. Heç kimdən kömək gözləməyəndə çalışırsan hər şeyi özün edəsən. Alınsa – əla, alınmasa – problem deyil. Yalnız mənəvi dəstək alıram. Ailəmdən. Çox sevirəm ailəmi. Vacib olanda onlarla məsləhətləşirəm.
- Deyirsiniz ki, məqsədimə çatanda – əla, çatmayanda – problem yoxdu. Problem yoxdu deməyi necə bacarırsınız?
- Məncə, insan öz istəklərinə nəzarət etməlidir. Yalnız real şeyləri istəmək lazımdır. Misal üçün, mən oturum fikirləşim ki, Hollivud ulduzu olmaq istəyirəm. Bu real deyil axı. Düşünmək lazımdır ki, istəyim nə dərəcədə realdır? Ona nail ola bilərəm, ya yox. Əgər realdırsa çoxlu işləmək lazımdır. Mən qabağıma məqsəd qoyuram və ona doğru addım-addım gedirəm. Hətta rəfiqələrimdən biri mənə tank deyir (gülür). Yəgin ki, bu ambisiyalardan irəli gələn şeydir.
- Məqsədinizə çatmayanda nə edirsiniz?
- Elə də peşman olmuram. Yarım gün, maksimum bir günün içində özümü bərpa edirəm. Əksər hallarda özümü qınayıram, deyirəm deməli problem məndədir. Amma belə hallar insanı sındırmamalıdır.
- Ailəniz və inkişafda olan biznesiniz var. İşlərinizi çatdırmaq üçün vaxtınızı necə bölürsünüz?
- Anlamıram əvvəllər kompüter, internet olmayanda insanlar necə işləyiblər. Müasir cihazlraın olması vacibdir. Həmişə bilirsən ətrafında nə baş verir. Texnika vaxt qənaəti deməkdir. Məhz texnika sayəsində vaxtımı iş və ailə arasında rahat bölə bilirəm. Bu məsələdə Nokia E7 smartfonum mənə kömək edir. Mən onu yalnız biznes-məqsədləri üçün istifadə edirəm.
- Texnikaya güvənirsiniz?
- Daha çox hər şeyi özüm etməyi çalışıram. Amma, məsələn, öz telefonuma görə narahat deyiləm, çünki MobiTel-dən zəmanəti var. Odur ki, bir şey olarsa bilirəm hara müraciət etmək lazımdır (gülür).
- Uğurunuzun sirrini açıqlaya bilərsiniz?
- İnanmıram ki, uğurun hansısa düsturu var. Uğur qazanmaq asandır. Sadəcə istəkdən asıldır. İşləmək lazımdır vəssalam.
Həmçinin bax:
Elnur Baimov uğurun sirrini bölüşür